NƏTİCƏ
Böyük İslam alimi İmam Qəzali hikmət dolu sözlərində dünya həyatının nemətlərinin saxtalığı ilə əlaqədar verdiyi öyüdlərlə bütün insanları vicdanlarını sorğu-sual etməyə yönəltmişdir:
Bunu bilməlisən: bu dünya əsla baqi deyil. Ya sən onu tərk edəcəksən, ya da o səni tərk edəcək! Həsən (rə) deyir ki: “Dünya nemətləri davam etsə də, sənin həyatın bir gün sona çatacaq. O halda, dünya həyatının arxasınca qaçmağın və çox qiymətli ömrünü onun arxasında xərcləməyin nə mənası var?” (İmam Qəzali, Cənnətə doğru, (Yeddi keçid), Minhəcül-Abidin, səh. 145)
Ağlınla bunları düşünsən, anlayarsan ki, dünya baqi deyil. Verdiyi mənfəət verəcəyi zərərləri və çətinlikləri qarşılamaz. Dünyada bədənin zəhmət çəkib yorulduğu kimi, ürəyin də məşğul olar. Axirətdə isə dəhşətli bir əzab və uzun bir hesab vardır. Bu həqiqətləri anlayınca çox olan dünyalıqları buraxar, yalnız Rəbbinə ibadət üçün sənə lazım olan qədərlə kifayətlənərsən. (İmam Qəzali, Cənnətə doğru, (Yeddi keçid), Minhəcül-Abidin, səh. 157)
... Xalq üçün nəhayət dönüb sonsuza qədər tək başına baş-başa qalacağın Rəbbinə qulluq və ibadət tərk edilərmi? O Rəbb ki, bütün ehtiyacları aradan qaldıran, hər kəsin dayağı, bütün çətinlik və şiddət anlarında hər kəsin sığınacağıdır. Onun şəriki yoxdur və hər kəs Onun rəhmətinə möhtacdır. (İmam Qəzali, Cənnətə doğru, (Yeddi keçid), Minhəcül-Abidin, səh. 147)
Kitabın əvvəlindən bura kimi izah olunduğu üzrə, insanın dünyadakı ömrü bir gün mütləq sona çatacaq. İmam Qəzalinin də xatırlatdığı kimi, ömrünü dünya mətasının arxasınca gedib tükəndirən insanın dünyadakı mənfəətləri uğrayacağı zərər və sıxıntıları qarşılamayacaq. Quranda Allah`ın o insanlara dünyada neçə il qaldıqlarını soruşacağı bildirilir. İnsanların cavabı belə bildirilir:
Allah kafirlərdən: “Yer üzündə neçə il qaldınız?”– deyə soruşacaq. Onlar: “Bir gün, yaxud bir gündən də az qaldıq. Sən sayanlardan soruş”– deyəcəklər. (Allah) deyəcək: “Siz çox az qaldınız. Kaş biləydiniz! (Muminun surəsi, 112-114)
Bu ayələr göstərir ki, insan axirətə getdikdə dünyada bir gündən daha az qaldığını, hətta “Əhqaf” surəsinin 35-ci ayəsində bildirildiyi kimi, sadəcə günün bir saatı qədər qaldığını anlayacaq. İnsanın dünyada illərlə davam edən cəhdindən geriyə yaddaşındakı bir neçə qısa xatirə qalacaq, dünyaya aid hər şey yox olacaq.
İnkarçılar isə buna baxmayaraq, axirətə böyük yük altında gedəcəklər. Quranın “Allah ilə qarşılaşmağı yalan sayanlar artıq ziyana uğramışlar. O saat onları qəflətən haqladıqda onlar öz (günah) yüklərini bellərində daşıyaraq deyəcəklər: “Dünyada buraxdığımız əməllərə görə vay halımıza!” Onların daşıdıqları necə də pisdir!” !” (Ənam surəsi, 31) ayəsində Allah bunun günah yükü olduğunu bildirir. Başqa ayələrdə isə Allah inkarçıların bu yükün altında əbədi qalacaqlarını xəbər verir:
... Ondan üz döndərənlər qiyamət günü ağır bir günah yükü daşıyacaqlar. Onlar bu vəziyyətdə əbədi qalacaqlar. Qiyamət günü onların daşıyacağı yük nə pis (yük) olacaqdır! Artıq sənə Öz tərəfimizdən zikr vermişik. (Taha surəsi, 99-101)
Bütün bu gerçəklərlə yanaşı, insanın dünyadan axirətə keçməsi yalnız an məsələsidir. “Harada olursunuzsa olun, ölüm sizi haqlayacaq. Hətta yüksək qalalarda olsanız belə...” (Nisa surəsi, 78) ayəsində bildirildiyi kimi, ölüm qaçılmaz həqiqətdir. İnsan bəlkə də ömrünün heç gözləmədiyi anında ölümlə qarşılaşacaq və o andan sonra artıq istəsə də, bu həqiqətləri düşünməyə imkan tapmayacaq. Bu isə ona tərifi mümkün olmayan peşmançılıq yaşadacaq.
Halbuki, insan hələ imkan var ikən bütün bu deyilənləri düşünmək üçün qısa vaxt ayırarsa, bəlkə də həm dünya, həm də sonsuz axirət həyatını böyük sevincə döndərən addım atar. İmam Qəzali insanlara vicdanən bu hesabı aparmaq üçün belə xatırladır:
“Nə qədər nəfəs alanlar vardır, aldıqları son nəfəsi geri vermədən qəflətən ölüm onları tutmuşdur. Elə isə sənin sahib olduğun yalnız bir nəfəsdən ibarətdir; nə bir gün və nə də bir saat! Bir nəfəsi belə keçirmədən Allah`a itaətə və tövbəyə yönəl. Bəlkə də ikinci bir nəfəsə çata bilmədən ölüm səni haqlar! Ruzi mövzusunda da belə düşünərək çox üzərində dayanmaq lazım deyil. Bəlkə də gələcək üçün düşündüyün o ruziyə ehtiyac duyacaq qədər yaşamayacaqsan. Bu səbəbdən, onun üçün xərclədiyin vaxt itəcək, göstərdiyin səy də boşa gedəcək. Deməli, insanın ikinci bir gün, ikinci bir saat, ikinci bir nəfəs üçün göstərdiyi cəhd demək olar ki, boşdur. Çünki onlara çatmağa zəmanəti yoxdur”. (İmam Qəzali, Cənnətə doğru, (Yeddi keçid), Minhacül-Abidin, səh. 118)
Ölüm hər an gələ bilər. Bundan öncə insanın hər an doğrunu görüb əməl etməyə fürsəti vardır. Allah`ın “Darda qalan kimsə yalvardığı zaman ona cavab verən, şəri sovuşduran və sizi yer üzünün varisləri edən kimdir? Heç Allah`la yanaşı başqa bir məbudmu var? Siz necə də az düşünürsünüz?” (Nəml surəsi, 62) ayəsi ilə bildirdiyi kimi, Rəbbimiz insanların bütün istək və dualarına sonsuz rəhməti ilə qarşılıq verəndir. Axirətdə gözəllik, Allah`ın rizasını, rəhmət və cənnətini qazanmaq istəyən insan Quranda gözəl qarşılıqla müjdələnənciddi-cəhd göstərməlidir.
Kim də axirəti istəsə, mömin olaraq bütün qəlbi ilə ona can atsa, onların səyi məmnuniyyətlə qəbul olunar. (İsra surəsi, 19)
Hiç yorum yok:
Yorum Gönder