28 Ağustos 2016 Pazar

DÜNYA NEMƏTLƏRİNİN KEÇİCİ OLDUĞUNU BİLƏN MÖMİNLƏRİN HƏYATI

DÜNYA NEMƏTLƏRİNİN KEÇİCİ OLDUĞUNU BİLƏN MÖMİNLƏRİN HƏYATI

Əvvəlki hissələrdə keçici dünya bəzəyinə aldanan insanların davranışlarından və bunların səbəblərindən bəhs edib nümunələr göstərdik və beləliklə, inananlarla inkarçılar arasındakı fərqliliklərə toxunduq. Bu hissədə isə möminlərin qavrama gücündən və üstün əxlaqından ətraflı bəhs edəcəyik

ALLAH`IN RAZI ODUĞU HƏYAT TƏRZİNİ MƏNİMSƏYİBLƏR

İman edənlər dünya həyatının imtahandan ibarət olduğunu, dünya nemətlərinin bu imtahanın gərəyi olaraq insanlara çəkici göstərildiyini bilirlər. Bütün bu nemətlərin keçici olduğunu bildiklərinə görə, əsl həqiqət olan əbədi həyata- cənnətə qovuşmaq üçün cəhd edirlər. Rəbbimiz rəhmətindən dolayı axirət üçün cəhd edən qullarını dünya həyatının nemətlərindən də ən gözəl şəkildə yararlandırır.
Allah Quranda insanlara hansı əxlaqa yiyələnəcəklərini və necə yaşayacaqlarını bildirmişdir. Quranın “Mən cinləri və insanları yalnız Mənə ibadət etmələri üçün yaratdım”. (Zariyat surəsi, 56) ayəsi ilə bildirildiyi kimi, yaradılış məqsədinin Allah`a qulluq etmək olduğunu qavrayan insan Quranı rəhbər edib dünya və axirətdə ən doğru yola yetişər. Dünyadakı bütün imkanlarından Rəbbimizi razı etmək və Onun hidayətinə çatmaq üçün istifadə edər. Bunun nəticəsində Allah`ın bəyəndiyi əxlaqı qazanar və Onun bəyəndiyi həyatı yaşamış olar. Allah Quranda möminlərin bu əxlaqını əxlaqını “Allah`a tərəf çağıran, yaxşı iş görən və: “Həqiqətən, mən müsəlmanlardanam!”– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?” (Fussilət surəsi, 33) sözləri ilə tərifləmişdir.
Möminlər bu üstün əxlaqları səbəbi ilə inkarçıların sıxıntılı həyatının tam əksinə, çox gözəl həyat sürürlər. Etdikləri hər işdən, sahib olduqları hər nemətdən böyük zövq alır, Allah`ın qarşılarına çıxardığı hər olaydan razı olurlar. Dünya həyatını xoşbəxt yaşamaqla yanaşı, gözəl hərəkətləri ilə ətraf insanlara nümunə olurlar. Başqalarına qarşı çox diqqətcil, yardımsevər və şəfqətli davranırlar. Valideynlərinə, yetim və yoxsullara, yolda qalanlara və ehtiyacı olanlara yalnız Allah`ın razılığını istəyib kömək edirlər. Möminlərin bu xüsusiyyəti Quranda belə bildirilmişdir:
Səndən nə verəcəklərini soruşurlar. De: “Verəcəyiniz hər bir xeyir valideynlərə, qohum-əqrəbaya, yetimlərə, kasıblara və müsafirlərə aiddir. Siz nə yaxşılıq edirsinizsə, şübhəsiz ki, Allah onu bilir”.  (Bəqərə surəsi, 215)
... Xərclədiyiniz hər bir sədəqə özünüz üçündür. Siz onu ancaq Allah`ın üzünü dilədiyinizə görə sərf edirsiniz. Malınızdan nə xərcləsəniz, əvəzi sizə tam verilər və sizə zülm edilməz. (Bəqərə surəsi, 272)
Quran əxlaqını yaşayan möminlərin gözəl davranışları həyatın hər anına əks olunur. Gündəlik həyatda ədalətsiz durumla qarşılaşanda da yenə bu əxlaqa uyğun şəkildə hərəkət edirlər. Öz mənfəətlərinə zidd olsa da, haqq və həqiqətin tərəfini tuturlar.
Eyni şəkildə, ticarətdə də çox dürüst olurlar. Allah`dan qorxduqlarına görə, “Ölçdükdə ölçüyə tam riayət edin, düzgün tərəzi ilə çəkin. Bu, daha xeyirli və nəticə baxımından daha yaxşıdır” (İsra surəsi, 35) ayəsində bildirildiyi kimi edir, Allah`ın hədlərini ciddi şəkildə qoruyurlar.
Allah qorxusu və axirət inancı olmayan insanların ticarətdə və qurulan ortaqlıqlarda bir-birini aldatmasına və haqsız mənfəət güdməsinə çox rast gəlinir. Quranda Allah hz.Davudun (əs) yanına gələn şikayətçilərə: “... Həqiqətən, şəriklərin çoxu bir-birinin haqqını tapdalayar. Yalnız iman gətirib yaxşı işlər görənlərdən başqa. Onlar isə çox azdırlar!...” (Sad surəsi, 24) şəklində xitab etdiyi bildirilir. Bu ayə ilə inkarçılar arasında yaşanan bu etibarsız və ədalətsiz mühitə diqqət çəkilmişdir. İman edənlərin gözəl hərəkətləri hər yerdə o dəqiqə hiss olunur. Alçaq könüllü və xoş davranışları, pisliyə yaxşılıqla cavab vermələri möminlərin üstün əxlaqi xüsusiyyətləridir. Allah iman edənlərin pisliklərə səbir və yaxşılıqla qarşılıq verdiyini belə bildirir:
Səbir etdiklərinə görə onlara mükafatları ikiqat veriləcəkdir. Onlar pisliyi yaxşılıqla dəf edir və özlərinə verdiyimiz ruzidən (Allah yolunda) xərcləyirlər.  (Qəsəs surəsi, 54)
Sən pisliyi yaxşılıqla dəf et. Biz onların aid etdikləri sifətləri daha yaxşı bilirik. (Muminun surəsi, 96)
Yaxşılıqla pislik eyni ola bilməz. Sən (pisliyi) yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar.  (Fussilət surəsi, 34)
Möminlər xoş olmayan hərəkətlərə qarşı əfvedici olur, qarşıdakı insana fayda gətirəcək şəkildə nümunəvi davranırlar. Allah Quranda razı olduğu bu əxlaqı möminlərə belə bildirir:
Sən bağışlama (yolunu) tut, yaxşı iş görməyi əmr et və cahillərdən üz döndər. (Əraf surəsi, 199)
Pisliyin cəzası özü kimi pislikdir. Amma kim bağışlasa və barışsa, onun mükafatı Allah`a aid olar. Həqiqətən, O, zalımları sevmir. (Şura surəsi, 40)
Axirətə inanmayan insanlarda çox görülən məsxərəçilik də möminlərin uzaq olduğu hərəkətlərdəndir. Allah`ın “Ey iman gətirənlər! Bir camaat digərini məsxərəyə qoymasın. Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Qadınlar da qadınları. Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Bir-birinizə tənə vurmayın və bir-birinizi pis ləqəblərlə çağırmayın. İman gətirdikdən sonra fəsadçı adlanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalımlardır. (Hücurat surəsi, 11) ayəsi gərəyi hansı vəziyyətdən asılı olmayaraq, heç kimə qarşı belə davranmırlar.
Quran əxlaqının yaşandığı, həmçinin Allah`dan qorxan, axirəti düşünən və Rəbbimizin rizasını qazanmağı çalışan şəxslərdən ibarət bir cəmiyyətə hüzurlu və güvənli həyat hakim olur. İnsan fitrətinə ən uyğun olan Quran əxlaqını qazanan möminlərin hərəkətləri hamı üçün gözəl örnək təşkil edir. Bu təbliğ -Allah`ın diləməsi ilə- həmin insanların imanına və Quran əxlaqını mənimsəməsinə vəsilə olur.
Möminlərin belə gözəl əxlaqa sahib olmasına səbəb olan ən önəmli ünsürlərdən biri Allah qorxusudur. Eyni zamanda, dünya həyatına Allah`ın əmr etdiyi qədər dəyər verdiklərindən heç vaxt həvəs və bağlılığa meyil etmirlər və ifrata varmırlar. Allah`ın razı olduğu əxlaqı ən mükəmməl şəkildə yaşamaq üçün cəhd edirlər. Allah`ın yer üzündə yaratdığı nemətlərin sadəcə imtahan üçün olduğunu və bütün bunların dünyanın saxta mətası olduğunu unutmurlar. Bu düşüncələri sayəsində həmişə gözəl davranışı rahatlıqla göstərə bilirlər.

DÜNYANIN ÇƏKİCİLİYİNƏ ALDANMAYIB AXİRƏT ÜÇÜN ÇALIŞIRLAR

İman edənlər dünyada sahib olduğu bütün nemətlərin gerçək sahibinin Allah olduğunu və bütün bunları saleh əməl işləmək üçün verdiyini bilirlər. Buna görə, bütün imkanlarından Allah`a şükür etməklə Onun rizası üçün istifadə edirlər. Rəbbimiz iman edənlərin şükür etməsinə qarşılıq olaraq onların nemətini daha da artırıb mükafatlandıracağını müjdələmişdir:
O zaman Rəbbiniz bildirmişdi: “Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər nankorluq etsəniz, (bilin ki,) Mənim əzabım şiddətlidir”.  (İbrahim surəsi, 7)
Dünya həyatının keçici olduğunu qavrayan möminlər üçün bu həyata dair heç bir şey- nə sahib olduğu maddi imkanlar, nə işləri və nə də dost-tanışları onları Allah`ı anmaqdan və Onun rizasını qazanacaq əməllərdən yayındırar. Allah möminlərin bu xüsusiyyətini “Nur” surəsində belə bildirmişdir:
O kişilər ki, nə ticarət, nə də alış-veriş onları Allah`ı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırır. Onlar qəlblərin və gözlərin çevriləcəyi bir gündən qorxurlar.  (Nur surəsi, 37)
İman edən bir insan Allah`dan başqa ilah olmadığını, Onun bütün varlıqların tək hakimi olduğunu və sonsuz güc sahibi olduğunu qavrayır. Bu səbəbdən, yalnız Allah`dan qorxur, yalnız Ona ibadət edir və yalnız Onun rizasını düşünür. Beləliklə də Allah`ın hökmlərinə ciddi şəkildə əməl edir. Çünki bilir ki, bu hökmlərin hər biri saysız hikmətlərlə doludur və bunlara əməl etmək bir çox xeyirlərə vəsilədir.
İnsan axirətdə Allah`ın fərz etdiyi namaz, oruc və s. kimi ibadətlər barəsində mütləq sorğu-sual olunacaq. Məsələn, namaz ciddi şəkildə, heç buraxılmadan, vaxtında və böyük şövqlə yerinə yetirilməsi gərəkən bir ibadətdir. Rəsulullah (səv) namaz qılmamağın və ya vaxtını qaçırmağın nə qədər təhlükəli olduğunu bir hədisində belə bildirmişdir:
İmam Şəfii və Beyhəqiyə görə Peyğəmbərimiz (səv): “Hər hansı bir vaxtın namazını qılmayıb vaxtını keçirənlər evi dağılanlar, mal-mülkünü əldən qaçıranlar kimidirlər”, -buyurur. (İmam Qəzali, “Mükasəfətül-Kulub” “Qəlblərin kəşfi”)
Möminlər Allah`ın rizasını qazanmaq və Ona təslim olduğunu və boyun əydiyini göstərmək üçün ibadətləri böyük fürsət kimi görürlər.
Allah bu dünyada özünə nə qədər çox nemət və imkan versə də, iman edənlər üçün bunların heç biri Allah`ın rizasını qazanmaqdan daha önəmli deyildir. Çünki Quranda “De: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, zövcələriniz, yaxın qohumlarınız, qazandığınız mallar, iflasa uğramasından qorxduğunuz alış-verişiniz və bəyəndiyiniz məskənlər sizə Allah`dan, Onun Elçisindən və Onun yolunda cihaddan daha əzizdirsə, Allah Öz əmri ilə gəlincəyə qədər gözləyin. Allah günahkarları doğru yola yönəltməz” (Tövbə surəsi, 24) ayəsinin hökmünə görə, bunun onları dünya və axirətdə hüsrana uğradacağının fərqindədirlər.
Yenə Quranın “Əgər insanların (kafirlik zəminində birləşmiş) vahid bir ümmətə (çevrilmək təhlükəsi) olmasaydı, mərhəmətli (Allah`ı) inkar edənlərin evlərinin tavanlarını və çıxdıqları nərdivanları da gümüşdən edərdik; evlərinin qapılarını və söykəndikləri taxtları da. Üstəlik, zinət də (verərdik). Bütün bunlar sadəcə dünya həyatının keçici zövqüdür. Axirət isə sənin Rəbbinin yanında ancaq (Allah`dan) qorxanlar üçündür” (Zuxruf surəsi, 33-35) ayələrində xatırladıldığı kimi, dünya nemətlərinin bütün ehtişamının keçici olduğunu, iman edənlər üçün Allah qatında nemətlərin ən gözəlinin olduğunu bilirlər.
Rəbbimiz dünya həyatının axirətlə müqayisədə saxta olduğunu qavrayan və buna görə də həyatını Allah`ın rizasını qazanmağa həsr edən qullarını bənzərsiz gözəllikdəki Cənnətlə belə müjdələmişdir:
Onların mükafatı, Rəbbindən bağışlanma və altından çaylar axan Cənnət bağlarıdır ki, orada əbədi qalacaqlar. (Yaxşı) əməl sahiblərinin mükafatı necə də gözəldir!  (Ali-İmran surəsi, 136)
Doğrudan da, Allah möminlərdən, Cənnət müqabilində onların canlarını və mallarını satın almışdır. Onlar Allah yolunda vuruşub öldürür və öldürülürlər. (Bu, Allah`ın) Tövratda, İncildə və Quranda Öz öhdəsinə götürdüyü bir vəddir. Allah`dan daha yaxşı əhdini yerinə yetirən kimdir? Elə isə sövdələşdiyiniz alış-verişə görə sevinin. Məhz bu, böyük uğurdur. (Tövbə surəsi, 111)

DÜNYADA DA, AXİRƏTDƏ DƏ XOŞBƏXTDİRLƏR

Allah Quran əxlaqına uyğun yaşayan möminlərə dünya və axirətdə gözəl həyat yaşadacağını vəd etmiş və bunun böyük qurtuluş və xoşbəxtlik olduğunu bildirmişdir:
Dünya həyatında da, axirətdə də onlara müjdə vardır. Allah`ın kəlmələri əsla dəyişilməz. Bu, böyük uğurdur.  (Yunis surəsi, 64)
... hər kəs Mənim doğru yol göstərən bələdçimin ardınca getsə, nə yolunu azar, nə də bədbəxt olar.  (Taha surəsi, 123)
Bu həqiqəti dərk edən möminlər “Onlardan: “Ey Rəbbimiz! Bizə həm dünyada, həm də axirətdə gözəl nemətlər ver və bizi od əzabından qoru!”– deyənləri də vardır. Belələri üçün qazandıqları (əməllərə) görə bir pay vardır. Allah tez haqq-hesab çəkəndir” (Bəqərə surəsi, 201-202) ayələrində bildirildiyi kimi, dua edərkən Allah`dan həm bu dünyada, həm də axirətdə xoşbəxt olmağı istəyirlər.
Möminlər dünya və axirətdə Allah`ın sonsuz ədaləti və mərhəməti ilə hüzurlu və rahat olurlar. Allah yalnız Özünü İlah qəbul etdikləri və şirk qoşmadan iman etdikləri üçün iman edən qullarına belə gözəllik verir. Rəbbimiz Quranda bəyəndiyi əxlaqı yaşadıqları təqdirdə iman edən qullarına dünya həyatında da nemət verəcəyini və onları qorxularından sonra əmin-amanlığa qovuşduracağını belə bildirmişdir:
Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi, onları da yer üzünün varisləri edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir. Onlar Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmurlar. Bundan sonra küfr edənlər – məhz onlar fasiqlərdir. (Nur surəsi, 55)
Bir başqa ayədə Allah`ın iman edənlərə bu müjdəsi belə bildirilmişdir:
Müttəqilərə: “Allah nə nazil etmişdir?”– deyildikdə, onlar: “Xeyir!”– deyərlər. Bu dünyada xeyirli işlər görənlər üçün gözəl mükafat hazırlanmışdır. Axirət yurdu isə daha xeyirlidir. Müttəqilərin yurdu necə də gözəldir. (Nəhl surəsi, 30)

GERÇƏK HƏYATIN MƏKANI: AXİRƏT

GERÇƏK HƏYATIN MƏKANI: AXİRƏT

Bu hissəyə qədər dünyanın keçici və aldadıcı yer olduğunu, saxta bəzəklərlə əhatə olunduğu və bu müvəqqəti yerdə insanların nəyin əsasında davranmalı olduğunu izah etdik. İnsanlar üçün gerçək məkanın axirətdəki sonsuz həyat olduğundan bəhs etdik. Bu hissədə isə ölümün ardından hər insanın qarşılaşacağı və sonsuza qədər yaşayacağı gerçək məkan olan axirətin inananlar və inkarçılar üçün nə qədər fərqli olacağından söz açacağıq.

HƏR ŞEYİN ƏSLİ AXİRƏTDƏDİR

Quranda axirət həyatının gerçək həyat olaraq bildirilməsi bütün insanların üzərində düşünüb nəsihət alması gərəkən mövzudur. Qurandakı bu ifadə dünyada gerçək bildiyimiz hər şeyin zənn ediləndən daha fərqli olduğunu ortaya qoyur. Yaşadığımız bu həyat insanların bir ömür ardınca qaçdığı dəyərlər, əldə etməyə çalışdığı bütün gözəlliklər axirətlə müqayisədə gerçək deyil, saxtasıdır. Yəni bu dünya Allah`ın rizasını axtarmayan insanlar üçün saxta mətalarla- saxta dostluq, sevgi və həvəslərlə və s. doludur. Möminlər isə dünyada cənnəti ummağın xoşbəxtliyini yaşayırlar və axirətdə də sevinc və xoşbəxtlik kimi duyğuların gerçəyi və azalmayanı ilə mükafatlandırılacaqlar. O halda, belə bir vəziyyət qarşısında insan özünə bu sualları verməlidir::
Əgər bu dünyada bütün yaşadıqlarım saxtadırsa və bunların gerçəkləri ilə yalnız axirətdə qarşılaşacağamsa, nə üçün keçici və aldadıcı olanlarla kifayətlənib sonsuz və gerçək olanları itirim?
Nə üçün heç yox olmayan, əbədi olan gözəlliklər üçün cəhd etməyim?
İnsan səmimi şəkildə bu sualları özünə verib eyni səmimiyyətlə bunlara cavab verərsə, doğru olan üçün cəhd edər və dolayısilə, həm dünyada və həm də axirətdə xoşbəxt olar. Ağlından istifadə edən hər insan bu suallara, əlbəttə: : “Bu dünyada ən əsas məqsədim Allah`ın rizasını qazanmaq və axirətdə sonsuzadək sürən gerçək həyatım üçün cəhd etmək olmalıdır”, -deyə cavab verər. Bu həqiqəti görən hər insan bir də Quranda bildirilən və elçinin qövmünə verdiyi sualı özünə verməlidir:
Mənə nə olub ki, məni yaradana və hüzuruna qaytarılacağınız (Allah`a) ibadət etməyim?  (Yasin surəsi, 22)
İnsanlar axırda Allah`a dönəcəklər və axirətdə hər şeyin əslini görəcəklər. Buna görə də insan Quranda əsl həyat olduğu bildirilən axirəti səmimi şəkildə düşünməli, sonsuz rəhmət və lütfü ilə insanlara belə böyük nemət bəxş edən Rəbbimizə şükür edib Quran əxlaqını yaşamalıdır.

AXİRƏTDƏ İNKARÇILAR ÜÇÜN KƏDƏR, İNANANLAR ÜÇÜN İSƏ SƏADƏT YARADILMIŞDIR

İnananların istədiyi hər bir şey axirətdə artıqlaması ilə yaradılmışdır. Cənnət həyatında nemət olaraq hədsiz bolluq və gözəllik olacaq. Eyni zamanda, inananlar Cənnətdə mənəvi yöndən də həzz alacaq və bundan başqa, sevgi, nəşə, hüzur kimi duyğuları dünya ilə müqayisədə daha güclü şəkildə hiss edəcəklər. İnkarçılar isə Cəhənnəmdəki acı və əzabları ən ağır dərəcədə yaşayacaqlar. Allah Quranda inkarçıları acı əzabla, iman edənləri isə nemətlərlə dolu Cənnətlə müjdələdiyini bildirmişdir:
Ayələrimiz onlara oxunduğu zaman sanki onları eşitmirmiş, qulaqlarında tıxac varmış kimi təkəbbürlə üz çevirər. Sən belələrini ağrılı-acılı bir əzabla müjdələ. (Loğman surəsi, 7)
Rəbbi Öz tərəfindən onları bir mərhəmət, razılıq və içərisində onlar üçün tükənməz nemətlər olan Cənnət bağları ilə müjdələyir.(Tövbə surəsi, 21)
İnkarçıların Cəhənnəmdəki əzabı dünyadakı ilə müqayisəedilməz dərəcədə ağır olacaqdır. İnkarçılar daha öncə heç yaşamadıqları və təxmin belə etmədikləri qədər şiddətli əzabla cəzalandırılacaqlar. Cəhənnəmdəki odun şiddətini açıqlamaq üçün Quranda bir çox ayədə “yandırıb-yaxan alovlu atəş” ifadəsi işlədilmişdir. Başqa ayələrdə isə odun şiddəti belə bildirilir:
Xeyr! Bu, alovu Oddur – başın dərisini sıyırıb çıxaran (bir od).  (Məaric surəsi, 15-16)
Cəhənnəmdəki bu şiddətli əzabın əksinə, Cənnət xalqına hüzurlu mühit hazırlanmışdır. Allah Cənnəti iman edən qulları üçün ən gözəl və ən qüsursuz şəkildə yaratmışdır. Bundan başqa, orada iman edənlər üçün Allah`ın razılığı vardır. Allah onlardan razı olmuş və onları əbədi səadətlə mükafatlandırmışdır. Quranda Allah`ın razılığının ən böyük qarşılıq olduğu belə bildirilir:
Allah mömin kişilərə və mömin qadınlara altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları və Ədn bağlarında gözəl məskənlər vəd etmişdir. Allah`ın razılığı isə daha böyükdür. Bu, böyük uğurdur.  (Tövbə surəsi, 72)
Cənnətlə Cəhənnəm xalqının fərqini Allah bir ayədə belə bildirir:
Müttəqilərə vəd olunan Cənnətin vəsfi belədir; orada xarab olmayan sudan çaylar, dadı dəyişməyən süddən çaylar, içənlərə ləzzət verən şərabdan çaylar və süzülmüş baldan çaylar vardır. Orada onları hər cür meyvə və Rəbbi tərəfindən bağışlanma gözləyir. (Məgər onlar) od içində əbədi qalan və bağırsaqlarını parça-parça edən qaynar su içirdiləcək kimsələr kimi ola bilərlərmi?  (Məhəmməd surəsi, 15)
İmam Qəzali təfəkkürlərində Cənnət və Cəhənnəm arasında əzab və nemət baxımından nə qədər kəskin fərqliliklərin olduğunu açıqlamış və insanları bu barədə ağıllı düşünməyə dəvət etmişdir:
Bil ki, qəmlər və kədərlərin (ki, bunlar bir atəşdir) bildiyin cəhənnəm evinin qarşılığında bir başqa ev vardır. (O da cənnətdir) Onun nemətlərini və verəcəyi sevinclərini düşün. Çünki bu ikisinin birindən uzaq olan, heç şübhəsiz, digərində qərar tapar. Cəhənnəmin qorxuncluğunu uzun-uzun düşünüb ürəyinə yerləşdir. Cənnət əhlinə vəd edilmiş əbədi nemətləri də uzun-uzun düşünərək ürəyinə bir ümid yerləşdir. Nəfsini qorxu qırmancı ilə sövq edib, ümid cilovu ilə onu doğru yola apar. Bu surətlə böyük bir varlığa nail olub əzabdan xilas olarsan. Cənnət əhlini düşün ki, üzlərində cənnət nemətlərinin gözəlliyi vardır.
Canlarının istədiklərini taparaq orada əbədi qalacaqlar. Onlar cənnətdə nə qorxarlar, nə də qəmli olarlar. Onlar ölüm narahatlığından əmindirlər.
Sonra, indi bir cənnətin otaqlarını və cənnətin dərəcələrinin yüksəkliyini və müxtəlifliyini düşün. Çünki axirət dərəcələr baxımından ən böyükdür, fəzilət baxımından da ən böyükdür. İnsanlar necə dünyadakı zahiri ibadətləri və batini gözəl əxlaqları baxımından aralarında fərqlidirlərsə, eynilə dünyada etdikləri əməllərin qarşılığı olaraq görəcəkləri mükafat və cəzalar da fərqli olacaqlar. Əgər sən, ey insan, axirətdə ən yüksək dərəcələrə nail olmaq istəyirsənsə, Allah`a (cc) ibadət və itaətdə səni heç kimin keçə bilməyəcəyi şəkildə çalış. Allah (cc) ibadətdə bir-biri ilə yarışmağı əmr etmişdir. (İmam Qəzali Qəlblərin kəşfi, səh. 534-539) 
Göründüyü kimi, axirət üçün insanın iki seçimi vardır: ya sonsuzadək yalnız şiddət və əzab dolu Cəhənnəmi, ya da ən böyük xoşbəxtlik və gözəlliklərlə dolu Cənnəti seçməlidir. Belə ki, bütün ağıllı insanlar sonsuz nemətlərlə dolu Cənnəti seçərlər. Çünki heç kim Allah`ın diləməsi xaricində sonsuzadək qurtuluş imkanının olmadığı, maddi-mənəvi hər cür gözəlliyin qadağan edildiyi bir yerdə- od əzabında və peşmanlıq içində yaşamaq istəməz. Əlbəttə ki, sonsuzadək sürən həyatını sıxıntı və çətinliyin olmadığı, yalnız nemət və gözəlliklərin olduğu bir yerdə keçirməyi arzu edər.
Axirət həyatı Rəbbimizin bildirdiyi qəti həqiqətdir. Axirətdəki şiddətli əzabdan xilas olmaq və gözəl aqibətlə qarşılaşmaq üçün insan bu gerçəkləri düşünüb-daşınmalıdır. Dünyada özünə verilən zamanı Allah`ın rizasını qazanacaq saleh işlər görməklə və Onun bəyəndiyi əxlaqı qazanmağa çalışmaqla keçirməlidir.
Bundan başqa, unutmaq olmaz ki, insan həyatının sonuna qədər etdikləri ilə qane olmamalıdır. Çünki heç kim etdiklərinin özünü qurtaracağından əmin ola bilməz. Bunun üçün həm Cənnətə girməyi umub sevinməli, həm də Cəhənnəm əzabından qorxub xeyir əməllərini daha da artırmalıdır. Allah`ın “Var-dövlət və övladlar dünya həyatının bərbəzəyidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin dərgahında savab və ümid baxımından daha əfzəldir” (Kəhf surəsi, 46) ayəsində bildirdiyi kimi, sürəkli olan cəhdin Allah`ın rəhmətini qazanmağa daha yaxın olduğunu bilərək ömrünün sonuna qədər saleh işlər görməyə davam etməlidir. Hz. İbrahimin (əs) Qurandakı “Məni Nəim bağının varislərindən et!” (Şüəra surəsi, 85) duasında olduğu kimi, Allah`ın özünə Cənnəti lütf etməsi üçün dua etməlidir.

NƏTİCƏ

NƏTİCƏ

Böyük İslam alimi İmam Qəzali hikmət dolu sözlərində dünya həyatının nemətlərinin saxtalığı ilə əlaqədar verdiyi öyüdlərlə bütün insanları vicdanlarını sorğu-sual etməyə yönəltmişdir:
Bunu bilməlisən: bu dünya əsla baqi deyil. Ya sən onu tərk edəcəksən, ya da o səni tərk edəcək! Həsən (rə) deyir ki: “Dünya nemətləri davam etsə də, sənin həyatın bir gün sona çatacaq. O halda, dünya həyatının arxasınca qaçmağın və çox qiymətli ömrünü onun arxasında xərcləməyin nə mənası var?” (İmam Qəzali, Cənnətə doğru, (Yeddi keçid), Minhəcül-Abidin, səh. 145)
Ağlınla bunları düşünsən, anlayarsan ki, dünya baqi deyil. Verdiyi mənfəət verəcəyi zərərləri və çətinlikləri qarşılamaz. Dünyada bədənin zəhmət çəkib yorulduğu kimi, ürəyin də məşğul olar. Axirətdə isə dəhşətli bir əzab və uzun bir hesab vardır. Bu həqiqətləri anlayınca çox olan dünyalıqları buraxar, yalnız Rəbbinə ibadət üçün sənə lazım olan qədərlə kifayətlənərsən. (İmam Qəzali, Cənnətə doğru, (Yeddi keçid), Minhəcül-Abidin, səh. 157)
... Xalq üçün nəhayət dönüb sonsuza qədər tək başına baş-başa qalacağın Rəbbinə qulluq və ibadət tərk edilərmi? O Rəbb ki, bütün ehtiyacları aradan qaldıran, hər kəsin dayağı, bütün çətinlik və şiddət anlarında hər kəsin sığınacağıdır. Onun şəriki yoxdur və hər kəs Onun rəhmətinə möhtacdır. (İmam Qəzali, Cənnətə doğru, (Yeddi keçid), Minhəcül-Abidin, səh. 147)
Kitabın əvvəlindən bura kimi izah olunduğu üzrə, insanın dünyadakı ömrü bir gün mütləq sona çatacaq. İmam Qəzalinin də xatırlatdığı kimi, ömrünü dünya mətasının arxasınca gedib tükəndirən insanın dünyadakı mənfəətləri uğrayacağı zərər və sıxıntıları qarşılamayacaq. Quranda Allah`ın o insanlara dünyada neçə il qaldıqlarını soruşacağı bildirilir. İnsanların cavabı belə bildirilir:
Allah kafirlərdən: “Yer üzündə neçə il qaldınız?”– deyə soruşacaq. Onlar: “Bir gün, yaxud bir gündən də az qaldıq. Sən sayanlardan soruş”– deyəcəklər. (Allah) deyəcək: “Siz çox az qaldınız. Kaş biləydiniz! (Muminun surəsi, 112-114)
Bu ayələr göstərir ki, insan axirətə getdikdə dünyada bir gündən daha az qaldığını, hətta “Əhqaf” surəsinin 35-ci ayəsində bildirildiyi kimi, sadəcə günün bir saatı qədər qaldığını anlayacaq. İnsanın dünyada illərlə davam edən cəhdindən geriyə yaddaşındakı bir neçə qısa xatirə qalacaq, dünyaya aid hər şey yox olacaq.
İnkarçılar isə buna baxmayaraq, axirətə böyük yük altında gedəcəklər. Quranın “Allah ilə qarşılaşmağı yalan sayanlar artıq ziyana uğramışlar. O saat onları qəflətən haqladıqda onlar öz (günah) yüklərini bellərində daşıyaraq deyəcəklər: “Dünyada buraxdığımız əməllərə görə vay halımıza!” Onların daşıdıqları necə də pisdir!” !” (Ənam surəsi, 31) ayəsində Allah bunun günah yükü olduğunu bildirir. Başqa ayələrdə isə Allah inkarçıların bu yükün altında əbədi qalacaqlarını xəbər verir:
... Ondan üz döndərənlər qiyamət günü ağır bir günah yükü daşıyacaqlar. Onlar bu vəziyyətdə əbədi qalacaqlar. Qiyamət günü onların daşıyacağı yük nə pis (yük) olacaqdır! Artıq sənə Öz tərəfimizdən zikr vermişik.  (Taha surəsi, 99-101)
Bütün bu gerçəklərlə yanaşı, insanın dünyadan axirətə keçməsi yalnız an məsələsidir. “Harada olursunuzsa olun, ölüm sizi haqlayacaq. Hətta yüksək qalalarda olsanız belə...” (Nisa surəsi, 78) ayəsində bildirildiyi kimi, ölüm qaçılmaz həqiqətdir. İnsan bəlkə də ömrünün heç gözləmədiyi anında ölümlə qarşılaşacaq və o andan sonra artıq istəsə də, bu həqiqətləri düşünməyə imkan tapmayacaq. Bu isə ona tərifi mümkün olmayan peşmançılıq yaşadacaq.
Halbuki, insan hələ imkan var ikən bütün bu deyilənləri düşünmək üçün qısa vaxt ayırarsa, bəlkə də həm dünya, həm də sonsuz axirət həyatını böyük sevincə döndərən addım atar. İmam Qəzali insanlara vicdanən bu hesabı aparmaq üçün belə xatırladır:
“Nə qədər nəfəs alanlar vardır, aldıqları son nəfəsi geri vermədən qəflətən ölüm onları tutmuşdur. Elə isə sənin sahib olduğun yalnız bir nəfəsdən ibarətdir; nə bir gün və nə də bir saat! Bir nəfəsi belə keçirmədən Allah`a itaətə və tövbəyə yönəl. Bəlkə də ikinci bir nəfəsə çata bilmədən ölüm səni haqlar! Ruzi mövzusunda da belə düşünərək çox üzərində dayanmaq lazım deyil. Bəlkə də gələcək üçün düşündüyün o ruziyə ehtiyac duyacaq qədər yaşamayacaqsan. Bu səbəbdən, onun üçün xərclədiyin vaxt itəcək, göstərdiyin səy də boşa gedəcək. Deməli, insanın ikinci bir gün, ikinci bir saat, ikinci bir nəfəs üçün göstərdiyi cəhd demək olar ki, boşdur. Çünki onlara çatmağa zəmanəti yoxdur”. (İmam Qəzali, Cənnətə doğru, (Yeddi keçid), Minhacül-Abidin, səh. 118)
Ölüm hər an gələ bilər. Bundan öncə insanın hər an doğrunu görüb əməl etməyə fürsəti vardır. Allah`ın “Darda qalan kimsə yalvardığı zaman ona cavab verən, şəri sovuşduran və sizi yer üzünün varisləri edən kimdir? Heç Allah`la yanaşı başqa bir məbudmu var? Siz necə də az düşünürsünüz?” (Nəml surəsi, 62) ayəsi ilə bildirdiyi kimi, Rəbbimiz insanların bütün istək və dualarına sonsuz rəhməti ilə qarşılıq verəndir. Axirətdə gözəllik, Allah`ın rizasını, rəhmət və cənnətini qazanmaq istəyən insan Quranda gözəl qarşılıqla müjdələnənciddi-cəhd göstərməlidir.
Kim də axirəti istəsə, mömin olaraq bütün qəlbi ilə ona can atsa, onların səyi məmnuniyyətlə qəbul olunar. (İsra surəsi, 19)

YARADILIŞ HƏQİQƏTİ

YARADILIŞ HƏQİQƏTİ

fil
 
Filin alnında 20 hz-dən aşağı tezlikdə boğuq səs çıxaran bir orqan var. Məhz bu orqan sayəsində fillər öz aralarında digər canlıların anlamadığı dildə danışırlar. Bütün yaratdıqlarını qoruyan Allah bu sistemlə bir-birindən uzaqda yaşayan canlılar üçün rahatlıq yaratmışdır.

tekamulnezeriyyesininsuqutu.com
qurd
 
Qurd sürüsünün bütün üzvləri balaları qorumağa yardım edirlər. Bəzən sürüdəki dişilərdən biri “dayəlik” etmək üçün bütün gecəni yuvada qalır. Beləliklə, balaların anası sürü ilə birlikdə ov etmək imkanı qazanır. Qurdların sahib olduğu bu xüsusiyyət üstün bir Yaradıcının varlığını açıq şəkildə göstərir. Bu Yaradıcı üstün şəfqət və mərhəmət sahibi olan Allah`dır.

tekamulsaxtakarliqlari.com
panda
 
Pandaların baş barmaqları hərəkəti rahatlaşdırır və tendonların yırtılmasının qarşısını alır. 1999-cu ildə “Nature” jurnalında dərc olunan bir araşdırma pandanın baş barmağının heyvanın yaşadığı təbii şəraitə uyğun olduğunu göstərmişdir. Dörd yapon tədqiqatçısı pandanın baş barmağının məməlilər arasında fövqəladə yönləndirmə texnikasından biri olduğunun nəticəsinə gəlmişlər.

bitki
 
Bitkilərlə bağlı bu etiraf təkamülçülərin nəzəriyyəsini iflasa uğradır: “Bitki hüceyrələri bir-birləri ilə bəzən zülal və hormonlar, bəzən nükleik turşu, karbohidrat və şəkərdən, bəzən də kimyəvi və elektrik siqnallarından istifadə edərək xəbərləşirlər. Fərdi bitki hüceyrələrinin bu qədər məlumatı necə saxladıqları məlum deyil...” (Anthony Trewavas, Nature jurnalı, 21 fevral 2002, “Bitkilerdeki Bilinç: Akldan Yoksun Beceriler”)

tekamulinternasional.com

canlılar
 
Darvinistlər canlılardakı ağıllı davranışların və fədakarlıq xüsusiyyətlərinin instinktlə və təsadüfən meydana çıxdığını iddia edərkən, instinktin canlılarda ilk dəfə necə yarandığını, necə idarə edildiyini və nəsildən-nəslə necə ötürüldüyünü izah edə bilmirlər. Bütün canlıları yaradan və onlara necə davranacaqlarını ilham edən uca Allah`dır.

darvinizm.info

tutuquşu
 
Tutuquşu və vağ quşlar qanadlarını təmizləmək üçün toz istehsal edirlər. Bu toz tüklərin uclarından gəlir və bəzi növlərdə, göyərçinlər və tutuquşularda olduğu kimi, quşun tüklərinin arasına səpələnmişdir. Tozun nə işə yaradığı hələ məlum deyil, lakin qanadların suyu keçirmədiyinə yardım etdiyi təxmin edilir.

fosilmuzeyi.com

yaradılış
 
Yeri sizin ixtiyarınıza verən Odur. Onun hər səthində gəzin və (Allah`ın) ruzisindən yeyin. Qayıdış da Onadır.
(Mülk surəsi, 15)

yaradılış
 
O, göyləri və yeri icad edəndir... (Ənam surəsi, 101)


yaradılış
 
Məgər onlar dəvənin necə yaradıldığını görmürlər? Göyün necə yüksəldiyini (görmürlər)? Dağların necə sancıldığını (görmürlər)? Yerin necə döşədildiyini (görmürlər)? (Ğaşiyə surəsi, 17-20)

canlilardayardimlasma.com


YARADILIŞ HƏQİQƏTİ - 2 Fosillər təkamülü təkzib edir

YARADILIŞ HƏQİQƏTİ - 2
Fosillər təkamülü təkzib edir


aslan kəlləsi
Aslan kəlləsi
Dövr: Mezozoy erası, Kretase dövrü
Yaş: 80 milyon il
Ərazi: Çin
Fosillər aslanların hər hansı bir canlıdan törəmədiyini, həmişə aslan kimi var olduğunu sübut edir. 80 milyon il öncə yaşayan aslanların dövrümüzdəkilərlə eyni olduğunu göstərən rəsmdəki fosil bütün təkamül iddialarını susdurur. Canlılar mutasiyaların və təsadüflərin nəticəsində meydana gəlməmişdir, hamısını uca Allah yaratmışdır.
fosilmuzeyi.com
Şəkildə gördüyümüz 80 milyon illik pələng fosili dövrümüzdə yaşayan pələnglərdən heç bir xüsusiyyəti ilə fərqlənmir.
 
ayı kəlləsi
And ayısının kəlləsi
Dövr: Mezozoy erası, Kretase dövrü
Yaş: 85 milyon il
Ərazi: Çin
Kəlləsi bütünlüklə qorunmuş And ayısı fosili bu canlıların tarixin hər dövründə eyni olduqlarını sübut edir. 85 milyon il əvvəl yaşayan bu canlının diş quruluşu, göz çuxurları, çənə quruluşu və s. And ayılarının on milyonlarla ildir dəyişmədiyini, yəni təkamül keçirmədiyini göstərir.
Allahvar.org
Yuxarıdakı fosildən heç bir xüsusiyyəti ilə fərqlənməyən eynəkli ayı
 
terpentin toxumu
Terpentin toxumu
Dövr: Kaynozoy erası, Eosen dövrü
Yaş: 54 - 37 milyon yıl
Ərazi: Vayominq, ABŞ
Mülayim iqlim qurşaqlarında yetişən və celtis cinsindən olan bu ağac püstə ağacının aşılanmamış forması kimi tanınır. Rəsmlərdə görünən və təxminən 50 milyon yaşı olan terpentin toxumları təkamülün olmadığının dəlillərindəndir. Həmişə terpentin kimi var olan bu bitki digər bitkilər kimi heç vaxt ara-keçid dövründən keçməmişdir, onları da digər canlılar kimi Allah bir anda yaratmışdır.
 
 
qovaq yarpağı
Qovaq (allophyllum) yaprağı
Dövr: Kaynozoy erası, Eosen dövrü
Yaş: 54 - 37 milyon il
Ərazi: Qriin River meydanı, Kolorado, ABŞ
Bu günə qədər tapılan milyonlarla fosil arasında bir dənə belə ara-keçid formasının tapılmadığını heç düşünməyən təkamülçülər eyni nağılları danışmağa davam edirlər. Əvvəllər bu nağıllarla təsəlli tapan və özlərini ovunduran təkamülçülər bu gün artıq ətraflı məlumatlara sahib olan kütlələr qarşısında artıq yalanlarını davam etdirə bilmirlər.
Allahinvarliqdelilleri.com
 
antilop kəlləsi
Antilop kəlləsi
Dövr: Mezozoy erası, Kretase dövrü
Yaş: 83 milyon il
Ərazi: Çin
Saysız-hesabsız nağılla və xəyali ssenari ilə dolu olan təkamülçü yayımlarda bir dənə belə ara canlı fosili göstərilməmişdir. Çünki belə fosil yoxdur. Belə bir canlı tarixin heç bir dövründə yaşamamışdır. Bütün canlılar rəsmdə nümunəsi göstərilən 83 milyon illik antilop kimi, var olduqları ilk halları ilə günümüzə qədər gəlmişlər. Canlıların tarixi təkamül iddialarının yalan olduğunu göstərir.
heyvanlardakidizayn.com
 
qar bəbirinin kəlləsi
Qar bəbirinin kəlləsi
Dövr: Mezozoy erası, Kretase dövrü
Yaş: 80 milyon il
Ərazi: Çin
Təkamülçülərdən iddialarını dəstəkləyən 3-5 ara fosil göstərmələri tələb olunur. Əgər bunu edə bilmirlərsə, heç vaxt edə də bilməzlər, o zaman niyə illərlə insanlara xəyalları həqiqət kimi göstərdiklərini açıqlamalıdırlar. Yaradılışın isbatı olan milyonlarla fosil qarşısında darvinistlərin artıq xəyal qurmaqdan vaz keçib həqiqətləri görməsinin vaxtı gəlib çatıb.
canlilardakamuflyaj.com
 
mene balığı
Mene Maculata (Mene balığı)
Dövr: Kaynozoy erası, Eosen dövrü
Yaş: 54 - 37 milyon il
Ərazi: Monte Bolka, İtaliya
Xüsusilə Monte Bolka meydanında tapılan mene maculata növünün fosilləri bu balıqların milyonlarla ildir dəyişmədiyini göstərən vacib nümunədir. Mene balıqlarının həmişə eyni qaldığını göstərən bunun kimi bir çox fosilin tapılmasına baxmayaraq, balıqların təkamülçülərin iddia etdiyi kimi, digər canlılardan törədiyini göstərən fosil yoxdur.
heyatingercekmenseyi.com
Yuxarıda dövrümüzdə yaşayan bitki birəsi və və bu canlının milyonlarla illik fosili
 
dəniz ulduzu
Dəniz ulduzu
Dövr: Paleozoy erası, Ordovik dövrü
Yaş: 500 - 440 milyon il
Ərazi: Fas
Təxminən yarım milyard ildir heç dəyişmədən soylarını davam etdirən dəniz ulduzları qarşısında təkamülçülər çarəsiz qalırlar. Çünki bu canlılar on milyon deyil, yüz milyon deyil, iki yüz milyon deyil, təxminən beş yüz milyon ildir ki eynidirlər. Rəsmdəki 500 milyon illik dəniz ulduzunun isbatladığı kimi, dəniz ulduzları həmişə dəniz ulduzu kimi var olmuşlar.
derinbilgiler.net
 
pelobatidae
Pelobatidae (Sarımsaqiylilər, Spadefoot toads)
Dövr: Kaynozoy erası, Eosen dövrü
Yaş: 50 milyon il
Ərazi: Messel meydanı, Almaniya
Pelobatidae sinfinə daxil olan bu qurbağa cinsinin bir qismi arxa ayaqları ilə torpağı qazaraq torpağın içində, bir qismi də sulu yerlərdə yaşayır. Bu heyvanlar anidən ortaya çıxmışlar. Yəni yaradılmışlar və ortaya çıxdıqları andan bu yana təkamülə məruz qalmamışlar. 
heyvanlardakidizayn.com
 
mərsin balığı
Mərsin balığı
Dövr: Mezozoy erası, Yura dövrü
Yaş: 208 - 146 milyon il
Ərazi: Çin
Mərsin balıqları on milyonlarla, hətta yüz milyonlarla ildir dəyişməyən strukturları ilə darvinistlərin canlılığın sadədən mürəkkəbə doğru təkamül keçirdiyi iddiasını əsassız edən canlılardan biridir. Fosil qalıqları qədim geoloji dövrlərdə belə, modern nümunələrdən fərqlənməyən, göz, qəlsəmə, qan dövranı kimi kompleks sistemlərə, mükəmməl fizioloji quruluşa sahib olan canlıların yaşadığını ortaya qoymuşdur.
fosilmuzeyi.com
qovaq yarpağı
 
Qovaq yarpağı
Dövr: Kaynozoy erası, Eosen dövrü
Yaş: 54 - 37 milyon il
Ərazi: Qrin-River meydanı, Utah, ABŞ
Qovaqların başqa bitkidən törəmədiklərini, hər hansı bir təkamülçü ataya sahib olmadıqlarını, həmişə qovaq kimi var olduqlarını göstərən bu fosil bir yaradılış dəlilidir. Dövrümüzdəki qovaqların eynisi olan, təxminən 50 milyon il əvvəl yaşayan qovaqlar təkamülün xəyaldan ibarət olduğunu göstərir.
tekamulnezeriyyesininsuqutu.com
 
yalançı sərv yarpağı
Yalançı sərv yarpağı
Dövr: Kaynozoy erası, Eosen dövrü
Yaş: 50 milyon il
Ərazi: Cache Creek meydanı, Kanada
İynəyarpaqlı bitkilərdən olan yalançı sərv ağacının 50 milyon ildir dəyişmədiyini göstərən rəsmdəki fosil təkamülçülərin iddialarının doğru olmadığını sübut edir. Təbiətin tarixi bir-birinə çox bənzəyən və yaxın növlərə deyil, bir-birlərindən çox fərqli və aralarında böyük quruluş fərqi olan qruplara ayrılmışdır. Bu da canlıların təkamül keçirmədiyinin və bir anda var olduqlarının sübutudur.
tekamulsaxtakarliqlari.com

Təkamül yalanı

Təkamül yalanı

Darvinizm, yəni təkamül nəzəriyyəsi yaradılış həqiqətini rədd etmək məqsədi ilə ortaya atılan, lakin müvəffəqiyyətli ola bilməyən və elmdən kənar olan mənasız fikirdən başqa bir şey deyil. Canlının cansız maddələrdən təsadüfən meydana gəldiyini iddia edən bu nəzəriyyə kainatda və canlılarda çoxlu möcüzəvi nizam olduğunun elm tərəfindən isbat edilməsi ilə dəlilsiz hala gəlmişdir. Beləcə, Allah`ın bütün kainatı və canlıları yaratdığı həqiqəti elm tərəfindən də sübut edilmişdir. Bu gün təkamül nəzəriyyəsinə dəstək olmaq üçün dünya səviyyəsində aparılan təbliğat yalnız elmi həqiqətlərin təhrif edilməsinə, tərəfli şərh olunmasına, elm adı altında deyilən yalanlara və edilən saxtakarlıqlara əsaslanır.
Ancaq bu təbliğat həqiqəti gizləyə bilmir. Təkamül nəzəriyyəsinin elm tarixinin ən böyük yalanı olduğu son 20-30 ildə elm dünyasında getdikcə daha yüksək səslə dilə gətirilir. Xüsusilə 1980-ci illərdən sonra aparılan araşdırmalar darvinist iddiaların tamamilə səhv olduğunu ortaya qoymuş və bu həqiqət bir çox alim tərəfindən də dilə gətirilmişdir. Xüsusilə ABŞ-da biologiya, biokimya, paleontologiya kimi fərqli sahələrdən olan çoxlu sayda tədqiqatçı alim darvinizmin əsassızlığını görür, canlıların mənşəyini artıq yaradılış həqiqəti ilə açıqlayırlar.
Təkamül nəzəriyyəsinin süqutunu və yaradılışın dəlillərini digər bir çox əsərlərimizdə bütün elmi detalları ilə göstərdik və göstərməyə davam edirik. Ancaq mövzunu daşıdığı böyük əhəmiyyət səbəbi ilə burada da yekunlaşdırmaqda fayda vardır.

Darvini yıxan çətinliklər

Çarlz Darvin
Çarlz Darvin
Təkamül nəzəriyyəsi tarixinin qədim yunanlara qədər gedib çıxan bir nəzəriyyə olmasına baxmayaraq, əhatəli olaraq 19-cu əsrdə ortaya atıldı. Nəzəriyyəni elm dünyasının gündəliyinə gətirən ən əhəmiyyətli yenilik Çarlz Darvinin 1859-cu ildə nəşr olunan "Növlərin mənşəyi" adlı kitabı idi. Darvin bu kitabda dünyadakı fərqli canlı növlərinin Allah`ın ayrı-ayrı yaratdığı həqiqətinə qarşı çıxırdı. Darvinə görə, bütün növlər ortaq bir atadan gəlirdilər və zamanla kiçik dəyişmələrlə fərqliləşiblər.
Darvinin nəzəriyyəsi heç bir konkret elmi tapıntıya əsaslanmırdı; özünün də qəbul etdiyi kimi, yalnız bir məntiq irəli sürmək idi. Hətta Darvinin kitabındakı "Nəzəriyyənin çətinlikləri" başlıqlı uzun hissədə etiraf etdiyi kimi, nəzəriyyə bir çox əhəmiyyətli suala cavab verə bilmirdi.
Darvin nəzəriyyəsinin önündəki çətinliklərin inkişaf edən elm tərəfindən aşılacağını, yeni elmi tapıntıların nəzəriyyəsini gücləndirəcəyini ümid edirdi. Bunu kitabında tez-tez ifadə etmişdi. Ancaq inkişaf edən elm Darvinin ümidlərinin tam əksinə, nəzəriyyənin təməl iddialarını bir-bir əsassız etmişdir.
Darvinizmin elm qarşısındakı uduzması üç təməl başlıqda araşdırıla bilər:
1) Nəzəriyyə həyatın yer üzündə ilk dəfə necə ortaya çıxdığını heç cür açıqlaya bilmir.
2) Nəzəriyyənin qarşıya qoyduğu təkamül mexanizmlərinin, həqiqətdə təkmilləşdirici bir təsirə sahib olduğunu göstərən heç bir elmi tapıntı yoxdur.
3) Fosil (qalıq) qeydləri təkamül nəzəriyyəsinin nəzərdə tutduqlarının tam əksi olan bir cədvəl ortaya qoyur.
Bu hissədə bu üç təməl başlığı ana xətləri ilə araşdıracağıq.

Keçilə bilməyən ilk pillə: həyatın mənşəyi

Təkamül nəzəriyyəsi bütün canlı növlərinin bundan təxminən 3.8 milyard il əvvəl ibtidai dünyada ortaya çıxan tək bir canlı hüceyrədən gəldiyini iddia edir. Tək bir hüceyrənin necə oldu ki, milyonlarla kompleks canlı növünü meydana gətirdiyi və əgər həqiqətən bu cür təkamül reallaşmışdırsa, niyə bunun izlərinin fosil qeydlərində olmadığı nəzəriyyənin açıqlaya bilmədiyi suallardandır. Ancaq bütün bunlardan əvvəl iddia edilən təkamül müddətinin ilk pilləsi üzərində dayanmaq lazımdır. Haqqında danışılan o ilk hüceyrə necə ortaya çıxmışdır?
Təkamül nəzəriyyəsi yaradılışı rədd etdiyi və heç bir fövqəltəbii müdaxiləni qəbul etmədiyi üçün o ilk hüceyrənin heç bir məqsəd, plan və tənzimləmə olmadan təbiət qanunları içində təsadüfi olaraq meydana gəldiyini iddia edir. Yəni nəzəriyyəyə görə, cansız maddə təsadüflər nəticəsində ortaya canlı bir hüceyrə çıxarmalıdır. Ancaq bu, məlum olan ən fundamental biologiya qanunlarına zidd bir iddiadır. 

"Həyat həyatdan gəlir"

Darvin kitabında həyatın mənşəyi mövzusundan heç danışmamışdı. Çünki onun dövründəki ibtidai elm anlayışı canlıların çox sadə bir quruluşa sahib olduğunu fərz edirdi. Orta əsrlərdən bəri insanların inandığı "öz-özünə törəyən nəsil" adlı nəzəriyyəyə görə, cansız maddələrin təsadüfən bir yerə gəlib canlı bir varlıq meydana gətirə biləcəyinə inanırdılar. Bu dövrdə böcəklərin yemək artıqlarından, siçanların da buğdadan meydana gəldiyi məşhur bir düşüncə idi. Bunu isbat etmək üçün maraqlı təcrübələr aparılmışdı. Çirkli bir əskinin üzərinə bir az buğda qoyulmuş və bir az gözlədikdə bu qarışıqdan siçanların meydana gələcəyi zənn edilmişdi. Ətlərin qurdlanması da həyatın cansız maddələrdən törəyə bildiyinə bir dəlil sayılırdı. Halbuki, daha sonra aydın olacaqdı ki, ətlərin üzərindəki qurdlar öz-özlərinə meydana gəlmirlər, ağcaqanadların gətirdiyi gözlə görünməyən sürfələrdən çıxırdılar.
Darvinin "Növlərin mənşəyi" adlı kitabını yazdığı dövrdə isə bakteriyaların cansız maddədən meydana gəldiyi inancı elm dünyası tərəfindən qəbul edildi. Halbuki, Darvinin kitabının nəşr olunmasından beş il sonra məşhur fransız bioloq Luis Paster təkamülə əsas təşkil edən bu inancı qəti olaraq təkzib etdi. Paster apardığı uzun təcrübələr nəticəsində aldığı nəticəni belə yekunlaşdırmışdı: "Cansız maddələrin həyat meydana gətirə biləcəyi iddiası artıq qəti olaraq tarixə basdırılmışdır." (Sidney Fox, Klaus Dose, Molecular Evolution and The Origin of Life, New York: Marcel Dekker, 1977, səh. 2) 1
Təkamül nəzəriyyəsinin müdafiəçiləri Pasterin tapıntılarına qarşı uzun müddət müqavimət göstərdilər. Ancaq inkişaf edən elm canlı hüceyrəsinin kompleks quruluşunu ortaya çıxardıqca həyatın öz-özünə meydana gələ biləcəyi iddiasının əsassızlığı daha da aydınlaşdı.
Kembri
Kembri qayalıqlarında tapılan qalıqlar ilbizlər, trilobitlər, süngərlər, soxulcanlar, meduzalar, dəniz ulduzları, xərçəngkimilər, dəniz zanbaqları kimi kompleks onurğasız növlərinə aiddir. Maraqlı olan bu bir-birindən çox fərqli növlərin hamısının bir anda ortaya çıxmalarıdır. Buna görə, geologiya ədəbiyyatında bu möcüzəvi hadisə "Kembri partlayışı" kimi keçir.

20-ci əsrdəki nəticəsiz səylər

Aleksandr Oparin
Rus bioloq Aleksandr Oparin
20-ci əsrdə həyatın mənşəyi mövzusunu tədqiq edən ilk təkamülçü məşhur rus bioloq Aleksandr Oparin oldu. Oparin 1930-cu illərdə ortaya atdığı bəzi tezislərlə canlı hüceyrəsinin təsadüfən meydana gələ biləcəyini isbat etməyə çalışdı. Ancaq bu işlər müvəffəqiyyətsizliklə nəticələnəcək və Oparin bu etirafı etmək məcburiyyətində qalacaqdı: "Təəssüf ki, hüceyrənin mənşəyi təkamül nəzəriyyəsinin tamamını əhatə edən ən qaranlıq nöqtəni meydana gətirir." (Alexander I. Oparin, Origin of Life, (1936) New York, Dover Publications, 1953 (Reprint), səh. 196)2
Oparinin yolunu izləyən təkamülçülər həyatın mənşəyi mövzusunu həll edəcək təcrübələr aparmağa çalışdılar. Bu təcrübələrin ən məşhuru amerikalı kimyaçı Stanley Miller tərəfindən 1953-cü ildə təşkil edildi. Miller ibtidai Yer atmosferində olduğunu iddia etdiyi qazları bir təcrübə qurğusunda birləşdirib və bu qarışığa enerji əlavə edib zülalların quruluşunda istifadə edilən bir neçə orqanik molekul (aminoasid) sintez etdi.
O illərdə təkamül adına əhəmiyyətli bir mərhələ kimi tanıdılan bu təcrübənin əsaslı olmadığı və təcrübədə istifadə edilən atmosferin həqiqi dünya şərtlərindən çox fərqli olduğu növbəti illərdə ortaya çıxacaqdı. ("New Evidence on Evolution of Early Atmosphere and Life", Bulletin of the American Meteorological Society, c. 63, noyabr 1982, səh. 1328-1330)3
Uzun sürən səssizlikdən sonra Millerin özü də istifadə etdiyi atmosfer mühitinin həqiqi olmadığını etiraf etdi. (Stanley Miller, Molecular Evolution of Life: Current Status of the Prebiotic Synthesis of Small Molecules, 1986, səh. 7)4
Həyatın mənşəyi problemini açıqlamaq üçün 20-ci əsr boyu aparılan bütün təkamülçü səylər davamlı olaraq müvəffəqiyyətsizliklə nəticələndi. San-Dieqo Skrips İnstitutundan məşhur geokimyaçı Cefri Bada təkamülçü "Earth"jurnalında 1998-ci ildə nəşr olunan bir məqalədə bu həqiqəti belə qəbul edir:
Bu gün 20-ci əsri geridə qoyarkən hələ 20-ci əsrə girdiyimizdə sahib olduğumuz ən böyük həll edilməmiş problemlə qarşı-qarşıyayıq: həyat yer üzündə necə başladı. (Jeffrey Bada, Earth, fevral 1998, səh. 40)5

Həyatın kompleks quruluşu

DNT
İnsan DNT-si kağıza köçürüldükdə, ortaya təxminən 900 cildlik bir ensiklopediya çıxacağı hesablanır. Bu cür fövqəladə bir məlumat təsadüf anlayışını qəti şəkildə əsassız edir.
Təkamül nəzəriyyəsinin həyatın mənşəyi mövzusunda belə böyük çətinliyə düşməsinin başlıca səbəbi ən sadə zənn edilən canlı quruluşların inanılmaz dərəcədə kompleks quruluşlara sahib olmasıdır. Canlı hüceyrəsi insanların düzəltdiyi bütün texnoloji məhsullardan daha kompleksdir. Belə ki, bu gün dünyanın ən inkişaf etmiş laboratoriyalarında belə cansız maddələr bir yerə gətirilərək canlı bir hüceyrə çıxarıla bilmir.
Bir hüceyrənin meydana gəlməsi üçün lazım olan şərtlər əsla təsadüflərlə açıqlana bilməyəcək qədər çoxdur. Hüceyrənin ən fundamental quruluş daşı olan zülalların təsadüfi olaraq sintez edilmə ehtimalı orta hesabla 500 amin turşusundan ibarət bir zülal üçün 10950'də 1'dir. Ancaq riyaziyyatda 1050'də 1'dən kiçik ehtimallar praktiki olaraq qeyri-mümkün sayılır. Hüceyrənin nüvəsində yerləşən və genetik məlumatı saxlayan DNT molekulu isə inanılmaz bir məlumat bankıdır. İnsan DNT-sinin ehtiva etdiyi məlumatın kağıza köçürüldüyü təqdirdə 500 səhifədən ibarət 900 cildlik bir kitabxana meydana gətirəcəyi hesablanmışdır.
Bu nöqtədə çox maraqlı bir dilemma əlavə var: DNT yalnız bəzi xüsusiləşmiş zülalların (fermentlərin) köməyi ilə cütləşə bilər. Amma bu fermentlərin sintezi də ancaq DNT-dəki məlumatlar yönündə reallaşır. Bir-birindən asılı olduqlarından cütləşmənin meydana gəlməsi üçün ikisi də eyni anda mövcud olmalıdırlar. Bu isə həyatın öz-özünə meydana gəldiyi ssenarisini çarəsiz vəziyyətə salır. San-Dieqo Kaliforniya Universitetindən məşhur təkamülçü professor Lesli Orqel"Scientific American" jurnalının oktyabr, 1994 tarixli sayında bu həqiqəti belə etiraf edir:
Son dərəcə kompleks quruluşlara sahib olan zülalların və nuklein turşularının (RNT və DNT) eyni yerdə və eyni zamanda, təsadüfi olaraq meydana gəlmələri həddindən artıq ehtimaldan kənardır. Amma bunların biri olmadan digərini əldə etmək də mümkün deyil. Dolayısilə, insan həyatın kimyəvi yollarla ortaya çıxmasının əsla mümkün olmadığı nəticəsinə gəlmək məcburiyyətində qalır. (Leslie E. Orgel, The Origin of Life on Earth, Scientific American, c. 271, oktyabr 1994, səh. 78)6
Şübhəsiz, əgər həyatın təbii amillərlə ortaya çıxması qeyri-mümkündürsə, bu vəziyyətdə həyatın fövqəltəbii bir şəkildə yaradıldığını qəbul etmək lazımdır. Bu həqiqət əsas məqsədi yaradılışı rədd etmək olan təkamül nəzəriyyəsini açıq şəkildə əsassız edir.

Təkamülün xəyali mexanizmləri

Darvin nəzəriyyəsini əsassız edən ikinci böyük nöqtə nəzəriyyənin təkamül mexanizmləri olaraq qarşıya qoyduğu iki anlayışın həqiqətdə heç bir təkmilləşdirici gücə sahib olmadığının aydınlaşmasıdır.
Darvin ortaya atdığı təkamül iddiasını tamamilə təbii seleksiya mexanizminə bağlamışdı. Bu mexanizmə verdiyi əhəmiyyət kitabının adından da açıq şəkildə aydın olurdu: növlərin mənşəyi, təbii seleksiya yolu ilə...
Təbii seleksiya təbii seçmə deməkdir. Təbiətdəki həyat mübarizəsində təbii şərtlərə uyğun və güclü canlıların həyatda qaldığı düşüncəsinə əsaslanır. Məsələn, yırtıcı heyvanlar tərəfindən təhdid edilən bir maral sürüsündə daha sürətli qaçan marallar həyatda qalır. Beləcə, maral sürüsü sürətli və güclülərdən meydana gəlir. Amma, əlbəttə, bu mexanizm maralları təkmilləşdirməz, onları başqa bir canlı növünə, məsələn, atlara çevirməz. Dolayısilə, təbii seleksiya mexanizmi heç bir təkmilləşdirici gücə sahib deyil. Darvin də bu həqiqətin fərqində idi və "Növlərin mənşəyi" adlı kitabında: "Faydalı dəyişikliklər meydana gəlmədiyi müddətdə təbii seleksiya heç bir şey edə bilməz",- demək məcburiyyətində qalmışdı. (Charles Darwin, The Origin of Species: A Facsimile of the First Edition, Harvard University Press, 1964, səh. 184)7

Lamarkın təsiri

Bəs bu "faydalı dəyişikliklər" necə meydana gələ bilərdi? Darvin öz dövrünün ibtidai elm anlayışı içində bu sualı Lamarka əsaslanıb cavablandırmağa çalışmışdı. Darvindən əvvəl yaşamış fransız bioloq Lamarka görə, canlılar yaşayış dövrlərində keçirdikləri fiziki dəyişiklikləri sonrakı nəslə köçürürlər və nəsildən nəslə yığılan bu xüsusiyyətlər nəticəsində yeni növlər ortaya çıxırdı. Məsələn, Lamarka görə, zürafələr ceyranlardan törəmişdir, yüksək ağacların yarpaqlarını yeməyə çalışarkən nəsildən nəslə boyunları uzanmışdı.
Təbii seleksiyanı təsdiqləyən bir dənə belə dəlil tapılmayıb
Təbii seçməyə görə, güclü olan və yaşadığı ətraf mühitə uyğunlaşmanı təmin edə bilən canlılar həyatda qalır, digərləri isə yox olurlar. Təkamülçülər isə təbii seçmənin canlıları təkmilləşdirdiyini, yeni növlər meydana gətirdiyini qarşıya qoyurlar. Halbuki, təbii seçmənin belə bir nəticəsi yoxdur və bu iddianı təsdiqləyən bircə dəlil belə yoxdur.
Darvin də bənzəri nümunələr vermiş, məsələn, "Növlərin mənşəyi" adlı kitabında yemək tapmaq üçün suya girən bəzi ayıların zamanla balinalara çevrildiyini iddia etmişdi.(B. G. Ranganathan, Origins?, Pennsylvania: The Banner Of Truth Trust, 1988.)8
Amma Mendelin kəşf etdiyi və 20-ci əsrdə inkişaf edən genetika elmi ilə dəqiqləşən irsilik qanunları qazanılmış xüsusiyyətlərin sonrakı nəsillərə köçürülməsi əfsanəsini qəti olaraq rədd etdi. Beləcə, təbii seleksiya özbaşına və dolayısilə, tamamilə təsirsiz bir mexanizm olaraq qalırdı.

Neodarvinizm və mutasiyalar

Təsadüfi mutasiyalar insanlara və digər bütün canlılara hər zaman zərər verirlər
Təsadüfi mutasiyalar insanlara və digər bütün canlılara hər zaman zərər verirlər. Təkamülçülər illərdir ağcaqanadlar üzərində mutasiya sınaqları aparıb faydalı mutasiya nümunəsi meydana gətirməyə çalışmışlar. Ancaq bu səylərinin nəticəsində yalnız şikəst və xəstə ağcaqanadlar olmuşdur.
Darvinistlər bu vəziyyətə bir həll tapa bilmək üçün 1930-cu illərin sonlarında müasir sintetik nəzəriyyəni və ya daha məşhur adı ilə desək, neodarvinizmi ortaya atdılar. Neodarvinizm təbii seleksiyaya faydalı dəyişiklik səbəbi olaraq mutasiyaları, yəni canlıların genlərində radiasiya kimi xarici təsirlər və ya köçürmə səhvləri nəticəsində yaranan pozulmaları əlavə etdi.
Bu gün də hələ dünyada təkamül adına əsaslılığını qoruyan model neodarvinizmdir. Nəzəriyyə yer üzündəki milyonlarla canlı növünün bu canlıların qulaq, göz, ağciyər, qanad kimi saysız kompleks orqanlarının mutasiyalara, yəni genetik pozulmalara əsaslanan müddət nəticəsində meydana gəldiyini iddia edir. Amma nəzəriyyəni çarəsiz duruma salan açıq bir elmi həqiqət vardır: mutasiyalar canlıları inkişaf etdirməzlər, əksinə, həmişə canlılara zərər verərlər.
Bunun səbəbi çox sadədir: DNT çox kompleks bir quruluşa malikdir. Bu molekul üzərində yaranan hər hansı bir təsadüfi təsir ancaq zərər verər. Amerikalı genetik B.G.Ranqanatan bunu belə açıqlayır:
Mutasiyalar kiçik, təsadüfi və zərərlidirlər. Çox nadir hallarda meydana gəlirlər və ən yaxşı halda təsirsizdirlər. Bu üç xüsusiyyət mutasiyaların təkamüli inkişaf meydana gətirə bilməyəcəyini göstərir. Onsuz da yüksək dərəcədə xüsusiləşmiş orqanizmdə meydana gələ biləcək təsadüfi bir dəyişmə ya təsirsizdir, ya da zərərlidir. Bir qol saatında meydana gələn təsadüfi dəyişmə qol saatını inkişaf etdirməz. Ona böyük ehtimalla zərər verər və ya ən yaxşı halda, təsirsiz olar. Bir zəlzələ bir şəhəri inkişaf etdirməz, onu dağıdar. (Charles Darwin, The Origin of Species: A Facsimile of the First Edition, Harvard University Press, 1964, səh. 179)9
Necə ki, bu günə qədər heç bir faydalı, yəni genetik məlumatı inkişaf etdirən mutasiya nümunəsi müşahidə edilməmişdir. Bütün mutasiyaların zərərli olduğu görülmüşdür. Aydın olmuşdur ki, təkamül nəzəriyyəsinin təkamül mexanizmi olaraq göstərdiyi mutasiyalar həqiqətdə canlıları yalnız korlayan, şikəst edən genetik hadisələrdir. (İnsanlarda mutasiyanın ən çox görünən təsiri xərçəngdir). Əlbəttə, korlayıcı bir mexanizm təkamül mexanizmi ola bilməz. Təbii seleksiya isə Darvinin də qəbul etdiyi kimi, özbaşına heç bir şey edə bilməz. Bu həqiqət bizlərə təbiətdə heç bir təkamül mexanizminin olmadığını göstərir. Təkamül mexanizmi olmadığına görə də təkamül deyilən xəyali müddət yaşana bilməz.

Fosil qeydləri: ara nümunələrin izi yoxdur

Təkamül nəzəriyyəsinin iddia etdiyi ssenarinin yaşanmadığının ən açıq göstəricisi isə fosil (qalıq) qeydləridir.
Təkamül nəzəriyyəsinə görə, bütün canlılar bir-birlərindən törəmişlər. Əvvəldən var olan bir canlı növü zamanla bir başqasına çevrilmiş və bütün növlər bu şəkildə ortaya çıxmışlar. Nəzəriyyəyə görə, bu çevrilmə yüz milyonlarla il davam edən uzun zaman kəsiyini əhatə etmiş və addım-addım irəliləmişdir.
Bu vəziyyətdə iddia edilən uzun çevrilmə müddətində saysız ara növlər meydana gəlməli və yaşamalıdırlar.
Məsələn, keçmişdə balıq xüsusiyyətlərini daşımalarına baxmayaraq, bir tərəfdən də bəzi sürünən xüsusiyyətləri qazanan yarı balıq, yarı sürünən canlılar yaşamalıdır. Yaxud sürünən xüsusiyyətlərini daşıyarkən bir tərəfdən də bəzi quş xüsusiyyətləri qazanan sürünən quşlar ortaya çıxmalıdır. Bunlar bir keçid müddətində olduqları üçün şikəst və qüsurlu canlılar olmalıdır. Təkamülçülər keçmişdə yaşadıqlarına inandıqları bu nəzəri varlıqlara ara keçid nümunəsi adını verirlər.
ginkqo yarpağı fosili
Bitkilərin təkamülü iddiasını təsdiqləyən tək bir fosil nümunəsi belə olmadığı halda, təkamül keçirmədiklərini isbat edən yüz minlərlə fosil vardır. Bu fosillərdən biri də şəkildə görülən 54 - 37 milyon illik qinkqo yarpağı qalığıdır. Milyonlarla ildir dəyişməyən qinkqolar təkamülün böyük yalan olduğunu göstərir.
Əgər, həqiqətən, bu cür canlılar keçmişdə yaşamışdırsa, bunların sayı və növləri milyonlarla, hətta milyardlarla olmalıdır və bu əcaib canlıların fosillərinə mütləq fosil qeydlərində rast gəlinməlidir. Darvin "Növlərin mənşəyi"ndə bunu belə açıqlamışdır:
"Əgər nəzəriyyəm doğrudursa, növləri bir-birinə bağlayan saysız ara keçid növləri mütləq yaşamalıdır... Bunların yaşadıqlarının dəlilləri də yalnız fosil qalıqları arasında ola bilər". (Charles Darwin, The Origin of Species, səh. 172, 280)10
Ancaq bu sətirləri yazan Darvin ara keçid formaların heç cür tapılmadığını bilir və bunun nəzəriyyəsi üçün böyük problem olduğunu görürdü. Ona görə,"Növlərin mənşəyi" kitabının "Nəzəriyyənin çətinlikləri" (Difficulties on Theory) adlı bölməsində belə yazmışdı:
Əgər, həqiqətən, növlər digər növlərdən yavaş dəyişikliklərlə törəyibsə, nə üçün saysız-hesabsız ara keçid formasına rast gəlmirik?Nə üçün bütün təbiət qarmaqarışıq vəziyyətdə deyil, məhz yerli-yerindədir? Saysız-hesabsız ara keçid forması olmalıdır, bəs nə üçün yer üzünün çoxsaylı təbəqələrində onları tapmırıq?... Nə üçün hər geoloji forma və hər təbəqə belə qalıqlarla dolu deyil? "Geologiya yaxşı dərəcələndirmiş bir proses ortaya çıxarmır və bəlkə də bu mənim nəzəriyyəmə qarşı irəli sürüləcək ən böyük etiraz olacaq". (Charles Darwin, The Origin of Species, səh. 172, 280)11

 Darvinin puç olan ümidləri

Ancaq 19-cu əsrin ortalarından bu yana dünyanın dörd tərəfində çoxlu fosil araşdırmaları aparıldığı halda, keçid nümunələrinə rast gəlinməmişdir. Aparılan qazıntı işlərində və araşdırmalarda əldə edilən bütün tapıntılar təkamülçülərin gözlədiklərinin əksinə, canlıların yer üzündə birdən-birə qüsursuz və nöqsansız şəkildə ortaya çıxdığını göstərmişdir. Məşhur ingilis paleontoloq Derek V. Eycer bir təkamülçü olmasına baxmayaraq, bu həqiqəti belə etiraf edir:
Problemimiz budur: fosil qeydlərini detallı olaraq araşdırdığımızda istər növlər, istərsə də siniflər səviyyəsində olsun davamlı olaraq eyni həqiqətlə qarşılaşırıq; pilləli təkamüllə inkişaf edən deyil, birdən-birə yer üzündə yaranan qruplar görürük. (Derek A. Ager, "The Nature of the Fossil Record", Proceedings of the British Geological Association, c. 87, 1976, səh. 133) 12
Yəni fosil qeydlərində bütün canlı növləri arasında heç bir keçid nümunəsi olmadan qüsursuz şəkilləri ilə birdən-birə ortaya çıxırlar. Bu, Darvinin nəzərdə tutduğunun tam əksinədir. Əlavə də bu canlı növlərinin yaradıldıqlarını göstərən çox güclü bir dəlildir. Çünki bir canlı növünün öz-özünə təkmilləşən heç bir atası olmadan bir anda və qüsursuz olaraq ortaya çıxmasının tək izahı o növün yaradılmış olmasıdır. Bu həqiqət məşhur təkamülçü bioloq Duqlas Futuyma tərəfindən də qəbul edilir:
Yaradılış və təkamül yaşayan canlıların mənşəyi haqqında verilə biləcək yeganə iki açıqlamadır. Canlılar dünyada ya tamamilə mükəmməl və qüsursuz bir şəkildə ortaya çıxmışlar, ya da belə olmamışdır. Əgər belə olmamışdırsa, bir dəyişmə müddəti sayəsində özlərindən əvvəl var olan bəzi canlı növlərindən təkmilləşərək meydana gəlməlidirlər. Amma əgər qüsursuz və mükəmməl bir şəkildə ortaya çıxmışlarsa, o halda, sonsuz güc sahibi olan bir ağıl tərəfindən yaradılmış olmalıdırlar. (Douglas J. Futuyma, Science on Trial, New York: Pantheon Books, 1983. Səh. 197)13
Fosillər isə canlıların yer üzündə qüsursuz və mükəmməl bir şəkildə ortaya çıxdıqlarını göstərir. Yəni növlərin mənşəyi Darvinin zənn etdiyinin əksinə, təkamül deyil, yaradılışdır.

İnsanın təkamülü nağılı

Təkamülçülər fosillər üzərində, adətən, ideoloji baxımdan ümid etdikləri kimi şərhlər edirlər
Təkamülçülər qalıqlar üzərində, əsasən, ideoloji ümidləri istiqamətində formalaşdırdıqları şərhlər edirlər. Bu səbəblə, əldə etdikləri nəticələr əsaslı deyil.
Təkamül nəzəriyyəsini müdafiə edənlərin ən çox gündəliyə gətirdikləri mövzu insanın mənşəyi mövzusudur. Bu mövzudakı darvinist iddia bu gün yaşayan müasir insanın meymunabənzər bəzi varlıqlardan gəldiyini fərz edir. 4-5 milyon il əvvəl başladığı fərz edilən bu müddətdə müasir insanla ataları arasında bəzi ara nümunələrin yaşadığı iddia edilir. Həqiqətdə tamamilə xəyali olan bu ssenaridə dörd təməl kateqoriya sayılır:
1-Australopithecus
2-Homo habilis
3-Homo erectus
4-Homo sapiens
Təkamülçülər insanların sözdə ilk meymunabənzər atalarına "cənub meymunu" mənasını verən australopithecus adını verirlər. Bu canlılar həqiqətdə soyu tükənmiş bir meymun növündən başqa bir şey deyil. Məşhur ingilis və amerikalı iki anatomiyaçı Lord Solli Zukerman və prof. Çarlz Oksnardın australopithecus nümunələri üzərində apardığı çox geniş əhatəli tədqiqat bu canlıların yalnız soyu tükənmiş bir meymun növünə aid olduğunu və insanlarla heç bir bənzərliklərinin olmadığını göstərmişdir. . (Charles E. Oxnard, "The Place of Australopithecines in Human Evolution: Grounds for Doubt", Nature, c. 258, səh. 389)14
Təkamülçülər insan təkamülünün bir sonrakı mərhələsini də homo, yəni insan olaraq sinifləndirirlər. İddiaya görə, homo ardıcıllığındakı canlılar australopithecuslardan daha çox inkişaf etmişlər. Təkamülçülər bu fərqli canlılara aid fosilləri ard-arda düzərək xəyali bir təkamül sxemi meydana gətirirlər. Bu sxem xəyalidir, çünki həqiqətdə bu fərqli siniflər arasında təkamüli bir əlaqənin olduğu qətiyyən isbat edilə bilməmişdir. Təkamül nəzəriyyəsinin 20-ci əsrdəki ən əhəmiyyətli müdafiəçilərindən biri olan Ernst Mayr: "Homo sapiensə uzanan zəncir həqiqətdə itmişdir", - deyərək bunu qəbul edir. (J. Rennie, "Darwin's Current Bulldog: Ernst Mayr", Scientific American, dekabr 1992)15
Təkamül tərəfdarı olan qəzet və jurnallarda çıxan xəbərlərdə yuxarıdakına bənzər xəyali ibtidai insanların şəkillərindən tez-tez istifadə olunur
Təkamül tərəfdarı qəzet və jurnallarda çıxan xəbərlərdə yuxarıdakına bənzər xəyali ibtidai insanların rəsmlərindən geniş şəkildə istifadə edirlər. Bu xəyali şəkillərə əsaslanaraq verilən xəbərlərdəki tək qaynaq yazan şəxslərin təxəyyülüdür. Ancaq təkamül elm qarşısında o qədər məğlub olmuşdur ki, artıq elmi jurnallarda təkamüllə əlaqədar xəbərlərə daha az rast gəlinir.
Təkamülçülər "australopithecus > homo habilis > homo erectus > homo sapiens" sıralamasını yazarkən bu növlərin hər birinin bir sonrakının atası olduğu təəssüratını verirlər. Halbuki, paleoantropoloqların son tapıntıları australopithecus, homo habilis və homo erectusun dünyanın fərqli bölgələrində eyni dövrlərdə yaşadıqlarını göstərir. (Alan Walker, Science, c. 207, 1980, s. 1103; A. J. Kelso, Physical Antropology, 1. baskı, New York: J. B. Lipincott Co., 1970, s. 221; M. D. Leakey, Olduvai Gorge, c. 3, Cambridge: Cambridge University Press, 1971, səh. 272)16
Bundan başqa, homo erectus sinifləməsinə aid insanların bir hissəsi müasir dövrlərə qədər yaşamış, homo sapiens, neandertalensis və homo sapiens sapiens (müasir insan) ilə eyni mühitdə yan-yana olmuşlar. (Time, noyabr 1996) 17
Bu isə, əlbəttə, bu siniflərin bir-birlərinin ataları olduğu iddiasının əsassızlığını açıq şəkildə ortaya qoyur. Harvard Universitetinin paleontoloqlarından Stiven Cey Quld özünün də bir təkamülçü olmasına baxmayaraq, darvinist nəzəriyyənin düşdüyü bu çıxılmaz vəziyyəti belə açıqlayır:
Əgər bir-biri ilə paralel şəkildə yaşayan üç fərqli hominid (insana xas) xətti varsa, o halda, bizim soy ağacımıza nə oldu? Açıqdır ki, bunların biri digərindən gələ bilməz. Bundan başqa, biri digəri ilə müqayisə edildiyində təkamüli bir inkişaf tərzi göstərmirlər. (S. J. Gould, Natural History, c. 85, 1976, səh. 30)18
Qısası, media və dərsliklərdə yer alan bir neçə xəyali "yarı meymun, yarı insan" canlılarının cizgiləri ilə, yəni sırf təbliğat yolu ilə canlı tutulmağa çalışılan insanın təkamülü ssenarisi heç bir elmi əsası olmayan nağıldan ibarətdir.
Bu mövzunu uzun illər araşdıran, xüsusilə australopithecus fosilləri üzərində 15 il tədqiqat aparan İngiltərənin ən məşhur və hörmətli alimlərindən Lord Solli Zukerman bir təkamülçü olmasına baxmayaraq, ortada meymunabənzər canlılardan insana uzanan həqiqi bir soy ağacı olmadığı nəticəsinə gəlmişdir.
Zukerman bir də maraqlı elm şkalası tərtib etmişdir. Elmi olaraq qəbul etdiyi bilik sahələrindən elmdən kənar qəbul etdiyi bilik sahələrinə qədər bir yelpik hazırlamışdır. Zukermanın bu cədvəlinə görə, ən elmi (yəni konkret məlumatlara əsaslanan) bilik sahələri kimya və fizikadır. Yelpikdə bunlardan sonra biologiya elmləri, sonra da ictimai elmlər gəlir. Yelpiyin ən aşağısında, yəni ən elmdən kənar sayılan hissəsində isə Zukermana görə telepatiya, altıncı hiss kimi duyğu sonrası qəbul etmə anlayışları və bir də insanın təkamülü vardır! Zukerman yelpiyin bu yerini belə açıqlayır:
"Obyektiv həqiqətin sahəsindən çıxıb bioloji elm olaraq fərz edilən bu sahələrə (yəni duyğu sonrası qəbul etməyə və insanın fosil tarixinin şərh olunmasına) girdiyimizdə təkamül nəzəriyyəsinə inanan bir adam üçün hər şeyin mümkün olduğunu görərik. Belə ki, nəzəriyyələrinə qəti inanan bu adamların ziddiyyətli bəzi qərarların eyni anda qəbul etmələri belə mümkündür". (Solly Zuckerman, Beyond The İvory Tower, New York: Toplinger Publications, 1970, səh. 19)19
Budur, insanın təkamülü nağılı da nəzəriyyələrinə kor-koranə inanan bəzi insanların tapdıqları bəzi fosilləri birtərəfli şəkildə izah etmələrindən ibarətdir.

Darvin düsturu

İndiyədək araşdırdığımız bütün texniki dəlillərlə yanaşı, istəyirsinizsə, təkamülçülərin necə axmaq bir inanca sahib olduqlarını bir də uşaqların anlaya biləcəyi qədər açıq bir nümunə ilə yekunlaşdıraq.
Təkamül nəzəriyyəsi həyatın təsadüfən meydana gəldiyini iddia edir. Dolayısilə, bu iddiaya görə, cansız və şüursuz atomlar bir yerə gələrək əvvəlcə hüceyrəni meydana gətirmişlər və sonra eyni atomlar bir şəkildə digər canlıları və insanı meydana gətirmişlər. İndi düşünək: həyatın elementi olan karbon, fosfor, azot, kalium kimi elementləri bir yerə gətirdiyimizdə bir topa meydana gələr. Bu atom topası hansı əməliyyatdan keçirilsə də, tək bir canlı meydana gətirə bilməz. İstəyirsinizsə, bu mövzuda bir təcrübə hazırlayaq və təkamülçülərin, əslində, müdafiə etdiyi, amma yüksək səslə dilə gətirə bilmədiyi iddianı onlar adına "Darvin düsturu" adı ilə araşdıraq:
Təkamülçülər çoxlu sayda böyük bir qabın içinə həyatın quruluşundakı fosfor, azot, karbon, oksigen, dəmir, maqnezium kimi elementlərdən bol miqdarda qoysunlar. Hətta normal şərtlərdə olan ancaq bu qarışığın içində olmasını lazım gördükləri vəsaitləri də bu qablara əlavə etsinlər. Qarışıqların içinə istədikləri qədər amin turşusu, istədikləri qədər də (tək birinin belə təsadüfi meydana gəlmə ehtimalı 10-950 olan) zülal doldursunlar. Bu qarışıqlara istədikləri nisbətdə istilik və nəmlik versinlər. Bunları istədikləri inkişaf etmiş cihazlarla qarışdırsınlar. Qabların başına da dünyanın ən öndə gələn alimlərini qoysunlar. Bu mütəxəssislər atadan oğula, nəsildən nəslə köçürərək növbəti milyardlarla, hətta trilyonlarla il davamlı qabların başında gözləsinlər. Bir canlının meydana gəlməsi üçün hansı şərtlərin var olması lazım olduğuna inanılırsa, hamısından istifadə etmək sərbəst olsun. Ancaq nə etsələr də, o qablardan qətiyyən bir canlı çıxara bilməzlər. Zürafələri, aslanları, arıları, bülbülləri, tutuquşuları, atları, delfinləri, gülləri, zanbaqları, qərənfilləri, bananları, portağalları, almaları, xurmaları, pomidorları, qovunları, qarpızları, əncirləri, zeytunları, üzümləri, şaftalıları, tovuz quşlarını, rəngarəng kəpənəkləri və bunun kimi milyonlarla canlı növündən heç birini meydana gətirə bilməzlər. Yalnız burada bir neçəsini saydığımız bu canlı varlıqları deyil, bunların tək bir hüceyrəsini belə əldə edə bilməzlər. Qısası, şüursuz atomlar bir yerə gələrək hüceyrəni meydana gətirə bilməzlər. Sonra yeni bir qərar verib, bir hüceyrəni ikiyə bölüb, sonra ard-arda başqa qərarlar alıb elektron mikroskopunu tapan, sonra öz hüceyrə quruluşunu bu mikroskop altında izləyən professorları meydana gətirə bilməzlər. Maddə ancaq Allah`ın üstün yaratması ilə həyat tapar.
Bunun əksini iddia edən təkamül nəzəriyyəsi isə ağıla tamamilə zidd bir mənasız sözdür. Təkamülçülərin ortaya atdığı iddialar üzərində bir az belə düşünmək üstdəki nümunədə olduğu kimi, bu həqiqəti açıq şəkildə göstərər.

Göz və qulaqdakı texnologiya

Təkamül nəzəriyyəsinin qətiyyən izah edə bilmədiyi bir başqa mövzu isə göz və qulaqdakı üstün qəbul etmə keyfiyyətidir. Gözlə əlaqədar mövzuya keçməzdən əvvəl, "necə görürük?" sualına qısa cavab verək. Bir cisimdən gələn şüalar gözdə retinaya tərs düşür. Bu şüalar buradakı hüceyrələr tərəfindən elektrik siqnallarına çevrilir və beyinin arxa hissəsindəki görmə mərkəzi deyilən kiçik bir nöqtəyə çatır. Bu elektrik siqnalları bir silsilə əməliyyatdan sonra beyindəki bu mərkəzdə görüntü kimi hiss olunur. Bu məlumatdan sonra indi düşünək:
Gözü və qulağı kamera və səs yazan cihazlar ilə müqayisə etdiyimizdə bu orqanlarımızın bəhs olunan texnoloji məhsullardan daha kompleks, daha müvəffəqiyyətli və daha qüsursuz olduqlarını görürük
Gözü və qulağı kamera və səsyazma cihazları ilə müqayisə etdiyimizdə bu orqanlarımızın sözügedən texnologiya məhsullarından daha kompleks, daha müvəffəqiyyətli, daha qüsursuz strukturlara sahib olduqlarını görürük.
Beyin işığa bağlıdır. Yəni beyinin içi tamamilə qaranlıqdır, işıq beyinin olduğu yerə girə bilməz. Görüntü mərkəzi deyilən yer qaranlıq, işığın əsla çatmadığı, bəlkə də heç qarşılaşmadığınız qədər qaranlıq bir yerdir. Ancaq siz bu zülmət qaranlıqda işıqlı, tərtəmiz bir dünyanı izləyirsiniz.
Üstəlik, bu o qədər dəqiq və keyfiyyətli bir görüntüdür ki, 21-ci əsr texnologiyası belə hər cür imkana baxmayaraq, bu dəqiqliyi təmin edə bilməmişdir. Məsələn, bu anda oxuduğunuz kitaba, kitabı tutan əllərinizə baxın, sonra başınızı qaldırın və ətrafınıza baxın. Bu anda gördüyünüz dəqiqlik və keyfiyyətdəki bu görüntünü başqa bir yerdə gördünüzmü? Bu qədər dəqiq bir görüntünü sizə dünyanın bir nömrəli televizor şirkətinin çıxardığı ən inkişaf etmiş televizor ekranı da verə bilməz. 100 ildir ki, minlərlə mühəndis bu dəqiqliyə çatmağa çalışırlar. Bunun üçün fabriklər, nəhəng təsisatlar qurulur, araşdırmalar aparılır, plan və dizaynlar inkişaf etdirilir. Yeni bir televizor ekranına baxın, bir də bu anda əlinizdə tutduğunuz bu kitaba. Arada böyük bir dəqiqlik və keyfiyyət fərqinin olduğunu görəcəksiniz. Üstəlik, televizor ekranı sizə iki ölçülü bir görüntü göstərir, halbuki siz üç ölçülü, dərin bir perspektivi izləyirsiniz.
Uzun illərdir ki, on minlərlə mühəndis üç ölçülü ekran düzəltməyə, gözün görmə keyfiyyətinə çatmağa çalışırlar. Bəli, üç ölçülü bir ekran sistemi düzəldə bildilər, amma onu da eynək taxmadan üç ölçülü görmək mümkün deyil, qaldı ki, bu süni bir üç ölçüdür. Arxa tərəf daha bulanıq, ön tərəf isə kağız dekorasiyası kimi durur. Heç bir zaman gözün gördüyü qədər dəqiq və keyfiyyətli bir görüntü meydana gəlməz. Kamerada da, televizorda da mütləq görüntü itkisi meydana gəlir.
Bütün həyatımızı beynimizin içində yaşayırıq. Gördüyümüz insanlar, mindiyimiz avtomobil, içində çalışdığımız iş yeri, ətrafımızdakı hər şey beynimizdə əmələ gəlir. Həqiqətdə isə beynimizdə nə rəng, nə səs və nə də görüntü vardır. Beyində var olan yeganə şey elektrik siqnallarıdır.
Bütün həyatımızı beynimizin içində yaşayırıq. Gördüyümüz insanlar, mindiyimiz avtomobil, işlədiyimiz iş yeri, ətrafımızdakı hər şey beynimizdə əmələ gəlir. Əslində isə beynimizdə nə rəng, nə səs, nə də görüntü vardır. Beyində təkcə elektrik siqnalları mövcuddır.
Təkamülçülər bu keyfiyyətli və dəqiq görüntünü meydana gətirən mexanizmin təsadüfən meydana gəldiyini iddia edirlər. İndi biri sizə: "Otağınızdakı televizor təsadüflər nəticəsində meydana gəldi, atomlar bir yerə gəlib bu görüntünü meydana gətirən aləti meydana gətirdi", - desə, nə düşünərsiniz? Minlərlə adamın bir yerə gəlib edə bilmədiyini şüursuz atomlar necə etsin?
Gözün gördüyündən daha primitiv olan bir görüntünü meydana gətirən alət təsadüfən meydana gələ bilmirsə, gözün və gözün gördüyü görüntünün də təsadüfən meydana gələ bilməyəcəyi çox açıqdır. Eyni vəziyyət qulaq üçün də etibarlıdır. Xarici qulaq ətrafdakı səsləri qulaq çanağı vasitəsilə qəbul edib orta qulağa çatdırır; orta qulaq aldığı səs titrəyişlərini gücləndirib daxili qulağa ötürür; daxili qulaq da bu titrəyişləri beyindəki eşitmə mərkəzinə verir. Eynilə görmədə olduğu kimi eşitmə prosesi də beyindəki eşitmə mərkəzində həyata keçir. Gözdəki vəziyyət qulaq üçün də etibarlıdır, yəni beyin işıq kimi səsə də bağlıdır, səs keçirməz. Dolayısı ilə, çölü nə qədər gurultulu olsa da, beyinin içi tamamilə səssizdir. Buna baxmayaraq, ən dəqiq səslər beyində qəbul edilir. Səs keçirməyən beyninizdə bir orkestrin simfoniyalarını dinləyirsiniz, izdihamlı bir mühitin bütün səs-küyünü eşidirsiniz. Amma o anda həssas bir cihazla beyninizin içindəki səs səviyyəsi ölçülsə, burada iti bir səssizliyin hakim olduğu görüləcək.
Dəqiq bir görüntü əldə edə bilmək ümidi ilə texnologiya necə istifadə edilirsə, səs üçün də eyni səylər on illərdir davam etdirilir. Səs yazma cihazları, musiqi mərkəzləri, bir çox elektronik alət, səs qəbul edən musiqi sistemləri bu işlərdən bəziləridir. Ancaq bütün texnologiyaya, bu texnologiyada çalışan minlərlə mühəndisə və mütəxəssisə baxmayaraq, qulağın meydana gətirdiyi dəqiqlik və keyfiyyətdə bir səs əldə edilməmişdir. Ən böyük musiqi sistemi şirkətinin istehsal etdiyi ən keyfiyyətli musiqi mərkəzini düşünün. Səsi yazdıqda mütləq səsin bir qismi itir və ya az da olsa, mütləq əngəl meydana gələr və ya musiqi mərkəzini açdığınızda hələ musiqi başlamadan bir xışıltı mütləq eşidərsiniz. Ancaq insan bədənindəki texnologiyanın məhsulu olan səslər son dərəcə dəqiq və qüsursuzdur. Bir insan qulağı heç vaxt musiqi setində olduğu kimi, xışıltı və ya əngəl qəbul etməz; səs necədirsə, tam və dəqiq bir şəkildə onu qəbul edir. Bu vəziyyət insan yaradıldığı gündən indiyədək belədir. İndiyə qədər insanların düzəltdiyi heç bir görüntü və səs cihazı, göz və qulaq qədər həssas və müvəffəqiyyətli bir qəbul edici olmamışdır. Ancaq görmə və eşitmə hadisəsində bütün bunlardan başqa böyük bir həqiqət yenə vardır.

Beyinin içində görən və eşidən şüur kimə aiddir?

Beyinin içində rəngli dünyanı seyr edən, simfoniyaları, quşların civiltisini dinləyən, gülü iyləyən kimdir?
İnsanın gözlərindən, qulaqlarından, burnundan gələn xəbərdarlıqlar elektrik siqnalı olaraq beyinə gedir. Biologiya, fiziologiya və ya biokimya kitablarında bu görüntünün beyində necə meydana gəldiyinə dair bir çox məlumat oxuyubsunuz. Ancaq bu mövzu haqqındakı ən əhəmiyyətli həqiqətə heç bir yerdə rast gələ bilməzsiniz: beyində bu elektrik siqnallarını görüntü, səs, qoxu və hiss hesab edən kimdir?
Beyinin içində gözə, qulağa, buruna ehtiyac duymadan bütün bunları qəbul edən bir şüur var. Bu şüur kimə aiddir?
Əlbəttə, bu şüur beyini meydana gətirən sinirlər, yağ təbəqəsi və sinir hüceyrələrinə aid deyil. Buna görə, hər şeyin maddədən ibarət olduğunu zənn edən darvinist-materialistlər bu suallara cavab verə bilmirlər. Çünki bu şüur Allah`ın yaratdığı ruhdur. Ruh görüntünü seyr etmək üçün gözə, qulağa, buruna ehtiyac duymaz. Bunlardan əlavə düşünmək üçün beyinə ehtiyac duymaz.
Bu açıq və elmi həqiqəti oxuyan hər insanın beyninin içindəki bir neçə kub santimetrlik qaranlıq məkana bütün kainatı üç ölçülü, rəngli, kölgəli və işıqlı olaraq sığdıran uca Allah`ı düşünməli, Ondan qorxmalı, Ona sığınmalıdır.

Materialist bir inanc

Bura qədər araşdırdıqlarımız təkamül nəzəriyyəsinin elmi tapıntılarla açıq şəkildə ziddiyyət təşkil edən bir iddia olduğunu göstərir. Nəzəriyyənin həyatın mənşəyi haqqındakı iddiası elmə ziddir, qarşıya qoyduğu təkamül mexanizmlərinin heç bir təkmilləşdirici təsiri yoxdur və fosillər nəzəriyyənin tələb etdiyi ara formaların yaşamadığını göstərir. Bu vəziyyətdə, əlbəttə, təkamül nəzəriyyəsinin elmə zidd bir düşüncə olaraq bir kənara atmaq lazımdır. Necə ki, tarix boyu dünya mərkəzli kainat modeli kimi bir çox düşüncə elmin gündəmindən çıxarılmışdır. Amma təkamül nəzəriyyəsi israrla elmin gündəmində tutulmaqdadır. Hətta bəzi insanlar nəzəriyyənin tənqid olunmasını elmə hücum kimi göstərməyə belə çalışırlar. Yaxşı, bəs niyə?..
Bu vəziyyətin səbəbi təkamül nəzəriyyəsinin bəzi çevrələr üçün özündən əsla imtina edilə bilməyəcək doğma bir inanc olmasıdır. Bu çevrələr materialist fəlsəfəyə kor-koranə bağlıdırlar və darvinizmi də təbiətə gətirilə biləcək yeganə materialist izah olduğu üçün mənimsəyirlər.
Bəzən bunu açıq şəkildə etiraf da edirlər. Harvard Universitetindən məşhur bir genetik və eyni zamanda öndə gələn bir təkamülçü Riçard Levontin əvvəl materialist, sonra alim olduğunu belə etiraf edir:
Bizim materializmə bir inancımız var, "a priori" (əvvəldən qəbul edilmiş, doğru fərz edilmiş) bir inancdır bu. Bizi dünyaya materialist bir izah gətirməyə məcbur edən şey elmin üsulları və qaydaları deyil. Əksinə, materializmə olan "a priori"yə bağlılığımız səbəbi ilə dünyaya materialist bir izah gətirən araşdırma üsullarını və anlayışları hazırlayırıq. Materializm mütləq doğru olduğuna görə də ilahi bir izahın səhnəyə girməsinə icazə verə bilmərik. (Richard Lewontin, "The Demon-Haunted World", The New York Review of Books, 9 yanvar, 1997, səh. 28)20
Bu sözlər darvinizmin materialist fəlsəfəyə bağlılıq uğuruna yaşadılan bir doqma olduğunun açıq ifadələridir. Bu doqmat maddədən başqa heç bir varlığın olmadığını fərz edir. Bu səbəblə də cansız, şüursuz maddənin həyatı yaratdığına inanır. Milyonlarla fərqli canlı növünün, məsələn, quşların, balıqların, zürafələrin, böcəklərin, ağacların, çiçəklərin, balinaların və insanların maddənin öz içindəki qarlılıqlı təsirlərlə, yəni yağan yağışla, çaxan şimşəklə cansız maddənin içindən meydana gəldiyini qəbul edir. Həqiqətdə isə bu, həm ağıla, həm də elmə zidd bir qəbuldur. Amma darvinistlər öz deyimləri ilə İlahi bir izahın səhnəyə girməməsi üçün bu qəbulu müdafiə etməyə davam edirlər.
Canlıların mənşəyinə materialist zehniyyətlə baxmayan insanlar isə bu açıq həqiqəti görəcəklər: bütün canlılar üstün bir güc, bilik və ağıla sahib olan bir Yaradıcının əsərləridir. Yaradıcı bütün kainatı yoxdan var edən, qüsursuz şəkildə təşkil edən və bütün canlıları yaradıb şəkilləndirən Allah`dır.

Təkamül nəzəriyyəsi dünya tarixinin ən təsirli cadusudur

Burada bunu da ifadə etmək lazımdır ki, zehniyyətsiz, heç bir ideologiyanın təsiri altında qalmadan, yalnız ağıl və məntiqindən istifadə edən hər kəs elm və mədəniyyətdən uzaq cəmiyyətlərin xurafatlarını xatırladan təkamül nəzəriyyəsinin inanılması qeyri-mümkün bir iddia olduğunu asanlıqla anlayacaq.
Yuxarıda da ifadə edildiyi kimi, təkamül nəzəriyyəsinə inananlar böyük bir qabın içinə bir çox atomu, molekulu, cansız maddəni dolduran və bunların qarışığından zaman içində düşünən, bir çox tapıntının müəllifi olan professorların, universitet tələbələrinin, Eynşteyn, Habl kimi alimlərin, Frank Sinatra, Çarlton Heston kimi sənətçilərin, bununla yanaşı, ceyranların, limon ağaclarının, qərənfillərin çıxacağına inanırlar. Üstəlik, bu axmaq iddiaya inananlar alimlər, professorlar, mədəni və təhsilli insanlardır. Bu səbəblə, təkamül nəzəriyyəsi üçün "dünya tarixinin ən böyük və ən təsirli cadusu" ifadəsini işlətmək yerinə düşər. Çünki dünya tarixində insanların bu dərəcə ağlını başından alan, ağıl və məntiqlə düşünmələrinə imkan verməyən, gözlərinin önünə sanki bir pərdə çəkib çox açıq olan həqiqətləri görmələrinə mane olan bir başqa inanc və ya iddia yoxdur.
Bu, qədim misirlilərin günəş tanrısı Raya, afrikalı bəzi qəbilələrin totemlərə, Səba xalqının Günəşə ibadət etməsindən, hz. İbrahim qövmünün əlləri ilə düzəltdikləri bütlərə, hz. Musa qövmünün qızıldan düzəltdikləri buzova ibadətlərindən daha dəhşətli və ağıla sığmaz bir korluqdur. Həqiqətdə bu vəziyyət Allah`ın Quranda işarə etdiyi bir ağılsızlıqdır. Allah bəzi insanların anlayışlarının bağlanacağını və həqiqətləri görməkdə aciz duruma düşəcəklərini bir çox ayəsində bildirir. Bu ayələrdən bəziləri belədir:
Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər. Allah onların ürəyinə və qulağına möhür vurmuşdur. Gözlərində də pərdə vardır. Onları böyük bir əzab gözləyir! (Bəqərə surəsi, 6-7)
… Onların qəlbləri vardır, lakin onunla anlamazlar. Onların gözləri vardır, lakin onunla görməzlər. Onların qulaqları vardır, lakin onunla eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də, (ondan) daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır!(Əraf surəsi, 179)
Allah "Hicr" surəsində isə bu insanların möcüzələr görsələr belə, inanmayacaq qədər ovsunlandıqlarını belə bildirir:
Əgər onlara göydən bir qapı açsaq və onunla durmadan yuxarı dırmaşsalar yenə də: "Gözümüz bağlanmış, biz sehrlənmişik", - deyərlər.  (Hicr surəsi, 14-15)
Bu qədər geniş kütlənin üzərində bu cadunun təsirli olması insanların həqiqətlərdən bu qədər uzaq tutulması və 150 il bu cadunun təsirini itirməməsi isə sözlə izah edilə bilməyəcək qədər heyrət verici bir vəziyyətdir. Çünki bir və ya bir neçə insanın qeyri-mümkün ssenarilərə, axmaqlıq və məntiqsizliklərlə dolu iddialara inanmaları başa düşülə bilər. Ancaq dünyanın dörd tərəfindəki insanların şüursuz və cansız atomların ani bir qərarla bir yerə gəlib fövqəladə bir təşkilat, intizam, ağıl və şüur göstərib qüsursuz bir sistemlə işləyən kainatı, həyat üçün uyğun olan hər cür xüsusiyyətə sahib olan Yer planetini və saysız kompleks sistemlə təchiz edilmiş canlıları meydana gətirdiyinə inanmasının cadudan başqa bir izahı yoxdur.
Necə ki, Allah Quranda inkarçı fəlsəfəni müdafiə edən bəzi adamların etdikləri sehrlərlə insanlara təsir etdiklərini hz. Musa və firon arasında keçən bir hadisə ilə bizlərə bildirir. Hz. Musa firona haqq dini izah etdiyində firon hz. Musaya öz bilikli sehrbazları ilə insanların toplandığı bir yerdə qarşılaşmasını istəyir. Hz. Musa sehrbazlara əvvəlcə onların bacarıqlarını göstərməyini deyir. Bu hadisənin açıqlandığı ayə belədir:
(Musa: ) "Siz atın", – dedi. Onlar atdıqda, adamların gözlərini bağlayıb (sehrləyib) onları qorxutdular və böyük bir sehr göstərdilər. (Əraf surəsi, 116)
Göründüyü kimi, fironun sehrbazları öz hiylələri ilə (hz. Musa və ona inananlar xaricində) insanların hamısını ovsunlaya bilmişlər. Ancaq onların atdıqlarına qarşı hz. Musanın ortaya qoyduğu dəlil onların bu sehrini, ayədəki ifadə ilə uydurduqlarını udmuş, yəni təsirsiz etmişdir:
Biz də Musaya: "Əsanı tulla!", – deyə vəhy etdik. Bir də (baxıb gördülər ki) əsa onların uydurub düzəltdikləri bütün şeyləri udur. Artıq haqq zahir, olanların uydurub düzəltdikləri yalanlar isə batil oldu. (Sehrbazlar) orada məğlub edildilər və xar olaraq geri döndülər.  (Əraf surəsi, 117-119)
Ayələrdə də bildirildiyi kimi, daha əvvəl insanları ovsunlayaraq təsir edən bu adamların etdiklərinin bir saxtakarlıq olduğu başa düşülmüşdür. İndiki dövrdə də bir sehr təsiri ilə elm adı altında son dərəcə axmaq iddialara inanan və bunları müdafiə etmək üçün həyatını həsr edənlər əgər bu iddialardan imtina etməsələr, həqiqətlər tam mənası ilə ortaya çıxdığında və sehr pozulduğunda pis vəziyyətə düşəcəklər. Necə ki, təxminən 60 yaşına qədər təkamülü müdafiə edən və ateist fəlsəfəçi olan, ancaq daha sonra həqiqətləri görən Malkolm Maqeric təkamül nəzəriyyəsinin yaxın gələcəkdə süqut edəcəyi vəziyyəti belə açıqlayır:
Mən özüm təkamül nəzəriyyəsinin xüsusilə tətbiq olunduğu sahələrdə gələcəyin tarix kitablarındakı ən böyük zarafat vəsaitlərindən biri olacağına inandım.Gələcək nəsil bu qədər səhv və naməlum bir fərziyyənin inanılmaz bir saflıqla qəbul edilməsini heyrətlə qarşılayacaq. (Malcolm Muggeridge, The End of Christendom, Grand Rapids: Eerdmans, 1980, səh. 43)21
Bu gələcək uzaqda deyil, əksinə, yaxın zamanlarda insanlar "təsadüflər"in ilah ola bilməyəcəklərini anlayacaqlar və təkamül nəzəriyyəsi dünya tarixinin ən böyük yalanı və ən şiddətli sehri olaraq təyin olunacaq. Bu şiddətli sehr böyük sürətlə dünyanın dörd tərəfində insanların üzərindən qalxmağa başlamışdır. Təkamül yalanının sirrini öyrənən bir çox insan bu yalana necə aldandığını heyrətlə düşünürlər.
…Sənin bizə öyrətdiklərindən başqa bizdə heç bir bilik yoxdur! Həqiqətən, Sən Bilənsən, Müdriksən!(Bəqərə surəsi, 32)

Qeydlər:

1. Sidney Fox, Klaus Dose, Molecular Evolution and The Origin of Life, New York: Marcel Dekker, 1977, s. 2
2. Alexander I. Oparin, Origin of Life, (1936) New York, Dover Publications, 1953 (Reprint), s.196
3. "New Evidence on Evolution of Early Atmosphere and Life", Bulletin of the American Meteorological Society, c. 63, Kasım 1982, s. 1328-1330
4. Stanley Miller, Molecular Evolution of Life: Current Status of the Prebiotic Synthesis of Small Molecules, 1986, s. 7
5. Jeffrey Bada, Earth, Şubat 1998, s. 40
6. Leslie E. Orgel, The Origin of Life on Earth, Scientific American, c. 271, Ekim 1994, s. 78
7. Charles Darwin, The Origin of Species: A Facsimile of the First Edition, Harvard University Press, 1964, s. 189
8. Charles Darwin, The Origin of Species: A Facsimile of the First Edition, Harvard University Press, 1964, s. 184
9. B. G. Ranganathan, Origins?, Pennsylvania: The Banner Of Truth Trust, 1988.
10. Charles Darwin, The Origin of Species: A Facsimile of the First Edition, Harvard University Press, 1964, s. 179
11. Charles Darwin, The Origin of Species,
s. 172, 280
12. Derek A. Ager, "The Nature of the Fossil Record", Proceedings of the British Geological Association, c. 87, 1976, s. 133
13. Douglas J. Futuyma, Science on Trial, New York: Pantheon Books, 1983. s. 197
14. Solly Zuckerman, Beyond The Ivory Tower, New York: Toplinger Publications, 1970, s. 75-94; Charles E. Oxnard, "The Place of Australopithecines in Human Evolution: Grounds for Doubt", Nature, c. 258, s. 389
15. J. Rennie, "Darwin's Current Bulldog: Ernst Mayr", Scientific American, Aralık 1992
16. Alan Walker, Science, c. 207, 1980, s. 1103; A. J. Kelso, Physical Antropology, 1. baskı, New York: J. B. Lipincott Co., 1970, s. 221; M. D. Leakey, Olduvai Gorge, c. 3, Cambridge: Cambridge University Press, 1971, s. 272
17. Time, Kasım 1996
18. S. J. Gould, Natural History, c. 85, 1976, s. 30
19. Solly Zuckerman, Beyond The Ivory Tower, New York: Toplinger Publications, 1970, s. 19
20. Richard Lewontin, "The Demon-Haunted World", The New York Review of Books, 9 Ocak 1997, s. 28
21. Malcolm Muggeridge, The End of Christendom, Grand Rapids: Eerdmans, 1980, s.43